Bütün vakansiyalar

Tibb və səhiyyə · Glorri

Kardiologiya üzrə tibb bacıs

Qarabağ Universitetinin KlinikasıXankəndi, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 14.10.2026 · Son tarix: 13.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Vəzifənin təsviri:  - Pasiyentləri kardioloji müayinələrə hazırlamaq, arterial təzyiq, nəbz və digər həyati göstəriciləri ölçmək və qeydiyyata almaq. - Elektrokardioqrafiya (EKQ) müayinələrini aparmaq, Holter EKQ və arterial təzyiqin sutkalıq monitorinqi cihazlarının qoşulmasını və çıxarılmasını təmin etmək. - Exokardioqrafiya və fiziki yük sınaqları zamanı həkimə assistentlik etmək, pasiyentlərin vəziyyətini müşahidə etmək. - Həkim təyinatına uyğun tibb bacısı prosedurlarını həyata keçirmək və pasiyentin vəziyyətində yaranan dəyişikliklər barədə həkimi məlumatlandırmaq. - Pasiyentləri müayinə və prosedurlarla bağlı məlumatlandırmaq, tibbi sənədləşməni düzgün aparmaq. - İnfeksiyaya nəzarət, pasiyent təhlükəsizliyi və tibbi avadanlıqların istifadəyə hazırlığı qaydalarına riayət etmək. Namizədə tələblər: - Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali təhsil. - Tibb bacısı kimi minimum 1 il kardiologiya sahəsində iş təcrübəsinin olması mütləqdir. - Ürək-damar sisteminin anatomiyası və fiziologiyası haqqında əsas biliklər. - EKQ müayinəsinin aparılması, elektrodların düzgün yerləşdirilməsi və Holter monitorinq cihazları ilə işləmək bacarığı. - Həyati göstəricilərin monitorinqi, təcili halların tanınması və ilkin həyat dəstəyi üzrə biliklər. - Dərman təhlükəsizliyi, infeksiyaya nəzarət, əl gigiyenası və tibbi tullantıların idarə edilməsi qaydalarını bilmək. - Elektron tibbi qeydiyyat sistemləri və MS Office proqramlarından istifadə bacarığı.