Maliyyə və mühasibat · Glorri
Problemli kreditlərin yığımı üzrə təcrübəçi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Başlanğıc (Junior)
Elan tarixi: 12.10.2026 · Son tarix: 11.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Problemli kreditlərin idarə olunması istiqamətində komandasını və bu sahədə karyerasına başlamaq istəyən motivasiyalı təcrübəçi axtarır. Vəzifə öhdəlikləri hansılardır? - Gecikmədə olan müştərilərlə əlaqə saxlayaraq ödənişlərin həyata keçirilməsinə dəstək verir - Müştərilərlə düzgün və etik kommunikasiya qurur - Zəng nəticələrini və müştəri məlumatlarını sistemdə qeyd edir - Borc vəziyyətlərini izləyir və rəhbərlik tərəfindən verilən tapşırıqları icra edir - Komanda ilə koordinasiyalı işləyərək gecikmələrin azaldılmasına töhfə verir Gözləntilərimiz hansılardır? - Universitetin sonuncu kurs tələbəsi və ya yeni məzun olmuş (Maliyyə, iqtisadiyyat, Bank işi və oxşar sahələrdə təhsil alan və ya təhsil almış yeni məzunlar) - Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq - Öyrənməyə həvəsli, məsuliyyətli və inkişaf yönümlü olmaq - Nizam-intizamlı və diqqətli olmaq Biz nə təklif edirik: - Real iş mühütində praktiki təcrübə - Peşəkar komandadan öyrənmək imkanı - Korporativ mühütdə işləmək imkanı Qeyd: Təcrübə proqramı 2 aylıqdır və ödənişsizdir.