Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Kürdəmir filialı üzrə Kredit Satış İşçisi

FINCA AzerbaijanKürdəmir, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 12.10.2026 · Son tarix: 30.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Kürdəmir filialı üçün Filial Kredit Satışı İşçisi vəzifəsinə vakansiyasını elan edir. - Müştərilərlə yerində görüşlər təşkil edərək onların fəaliyyətini və maliyyə ehtiyaclarını qiymətləndirmək, uyğun kredit məhsullarını təqdim etmək - Müştərinin maliyyə və kredit qabiliyyətini təhlil etmək məqsədilə gəlir, xərc və biznes dövriyyəsi üzrə məlumatların toplanması və analizini həyata keçirmək - Müştərinin biznes və sosial məlumatlarını təhlil edərək fəaliyyətinin real mövcudluğunu və kreditin məqsədəuyğunluğunu qiymətləndirmək - Uyğunluq meyarlarına cavab verən müştərilər üzrə kredit ərizələrinin təqdim edilməsi, doldurulmasına nəzarət və əsas bank sisteminə daxil edilməsi - Müştəri məlumatlarının (əlaqə, biznes və sosial məlumatlar) tamlığı və düzgünlüyünün təmin edilməsi, məlumatların toplanması, yoxlanılması və sistemə daxil edilməsi - Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan müştəri sorğularını qüvvədə olan siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə yönləndirmək - Satış hədəflərinə nail olmaq, müştəri portfelini genişləndirmək və ərazi üzrə kredit satışlarının artırılmasına yönəlik aktiv fəaliyyət göstərm - Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan müştəri sorğularını qüvvədə olan siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə yönləndirmək - Kredit məhsulunun verilmə məqsədini və müştərinin biznes/təsərrüfat ehtiyaclarına uyğunluğunu qiymətləndirmək - Müştərinin kredit tarixçəsini Kredit Bürosu, kredit reyestri və daxili sistemlər üzrə yoxlamaq, nəticələri sistemə daxil etmək və kredit risklərini təhlil etmək - Zamin tələb olunan hallarda zaminin maliyyə vəziyyətini və öhdəlikləri yerinə yetirmə qabiliyyətini qiymətləndirmək, riskli hallarda prosesi dayandıraraq rəhbərliyi məlumatlandırmaq - Kredit sənədlərinin tamlığını yoxlamaq və kredit paketinin düzgün formalaşdırılmasını təmin etmək - Təsdiq olunmuş kreditlər üzrə müştəriləri məlumatlandırmaq və növbəti mərhələləri izah etmək - Kredit verildikdən sonra müştərinin fəaliyyətinin monitorinqində iştirak etmək və kreditin məqsədli istifadəsini yoxlamaq - Müştəri sorğularını operativ cavablandırmaq və yüksək xidmət keyfiyyətini təmin etmək - Təhsil: Ali və ya Kollec təhsili; - Təcrübə: Bank, bank olmayan kredit təşkilatı və ya lizinq şirkətlərində mikro və biznes kreditləri sahəsində minimum 1 ilədək iş təcrübəsi; - Dil bilikləri: Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; - Kompüter bacarıqları: MS Office proqramlarıda sərbəst işləmək bacarığı; - Sürücülük vəsiqəsi olan namizədlərə üstünlük verilir; - Birbaşa müştəri cəlbi və kredit satışı üzrə praktiki təcrübə; - Müştərinin gəlir və xərclərini qiymətləndirmək bacarığı; - Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun həll etmək bacarığı; - Kredit məhsulları, kredit siyasəti və kreditləşmə prosedurları üzrə prosedurları üzrə biliklər; - Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı - Analitik düşünmə və problem həlletmə bacarığı; - Komandada işləmək və təşəbbüskarlıq bacarığı; - Planlaşdırma, təşkilatçılıq və hesabatlılıq bacarığı. Qeyd: sabit əmək haqqı+aylıq hədəflərə əsaslanan bonus sistemi