Maliyyə və mühasibat · Glorri
Aparıcı Mühasib
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 06.10.2026 · Son tarix: 05.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Debitor və kreditor borclarının uçotunu aparmaq, kontragentlərlə üzləşmələr həyata keçirmək və hesablaşmalara nəzarət etmək; - Vergi uçotunu təşkil etmək, xüsusilə ƏDV üzrə əməliyyatların düzgün uçotuna və vergi qanunvericiliyinə uyğun istifadəyə nəzarət etmək; - Vergi öhdəliklərinin düzgün hesablanmasını və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə ödənilməsini təmin etmək; - Mühasibat uçotunun qanunvericiliyin tələblərinə və tətbiq olunan standartlara uyğun aparılmasını təmin etmək; - Gündəlik maliyyə əməliyyatlarını və ödəniş proseslərini planlaşdırmaq, koordinasiya etmək və nəzarətdə saxlamaq; - İnternet Banking sistemləri vasitəsilə bank hesablarını idarə etmək və ödəniş əməliyyatlarını həyata keçirmək; - Xəzinədarlıq portalı üzərindən ödənişlərin hazırlanmasını və icrasını təmin etmək; - Müqavilələr üzrə maliyyə öhdəliklərinin icra vəziyyətini izləmək və nəzarətdə saxlamaq; - Aylıq, rüblük və illik vergi, statistika və digər icbari hesabatları hazırlamaq və aidiyyəti dövlət qurumlarına təqdim etmək; - Əsas vəsaitlərin, material ehtiyatlarının və digər aktivlərin uçotunu aparmaq; - Büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə və büdcənin icrasına nəzarət etmək; - İşçilərlə hesablaşmaların (əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlər) düzgün uçotunu təmin etmək; - Maliyyə hesabatlarını hazırlamaq, onların təhlilini aparmaq və rəhbərliyə təqdim etmək; - Maliyyə göstəricilərini təhlil etmək, maliyyə risklərini və potensial problemləri əvvəlcədən müəyyənləşdirərək rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək; - Audit, daxili nəzarət və vergi yoxlamaları zamanı tələb olunan maliyyə sənədlərini və məlumatları hazırlamaq, yoxlama proseslərində fəal iştirak etmək; - Maliyyə proseslərinin optimallaşdırılması, standartlaşdırılması və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; - Maliyyə şöbəsində iş bölgüsünün və maliyyə proseslərinin koordinasiyasına dəstək vermək; - Dashboard və digər idarəetmə hesabatlarının hazırlanmasına və inkişaf etdirilməsinə töhfə vermək; - Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsini, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək; - Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək. - Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər müvafiq ixtisas üzrə ali təhsil; - AR "Mühasibat uçotu haqqında" Qanunu, AR Vergi Məcəlləsi, AR Əmək Məcəlləsi, "Publik hüquqi şəxslər haqqında" Qanun və Beynəlxalq Maliyyə Hesabatı Standartları (MHBS) üzrə dərin biliklər; - Dövlət qurumlarında və ya dövlət adından yaradılmış publik hüquqi şəxslərdə maliyyə və mühasibat sahəsində iş təcrübəsi; - Aparıcı mühasib və ya daha yüksək vəzifədə minimum 3 il iş təcrübəsi; - 1C, Sinam və ya digər mühasibat/ERP proqramlarında işləmək bacarığı; - MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək; - Vergi, maliyyə və mühasibat hesabatlarının hazırlanması, təhlili və aidiyyəti qurumlara təqdim edilməsi sahəsində praktiki təcrübə; - Büdcə planlaşdırılması, maliyyə təhlili, maliyyə nəzarəti və maliyyə risklərinin qiymətləndirilməsi üzrə bilik və bacarıqlar; - Audit, daxili nəzarət və maliyyə yoxlamaları proseslərində işləmək bacarığı; - Maliyyə göstəricilərini təhlil etmək, rəhbərlik üçün analitik və keyfiyyətli idarəetmə hesabatları hazırlamaq bacarığı; - Maliyyə və mühasibat proseslərini sistemləşdirmək, təkmilləşdirmək və optimallaşdırmaq istiqamətində təşəbbüskar yanaşma; - Analitik düşünmə, qərarvermə, problemlərin operativ həlli və nəticəyönümlü işləmək bacarığı; - Planlaşdırma, təşkilatçılıq, vaxtın səmərəli idarə olunması, yüksək məsuliyyətlilik və detallara diqqət; - Komandada işləmək, effektiv ünsiyyət qurmaq və məxfi məlumatlarla peşəkar şəkildə işləmək bacarığı.