Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Ağsu filialı üzrə Xəzinədar

"Rabitəbank" Açıq Səhmdar CəmiyyətiAğsu, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 05.10.2026 · Son tarix: 04.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Ölkənin aparıcı banklarından biri olan "Rabitəbank" ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır. Əsas vəzifələr - Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir - Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir - Müştərilərə xəzinə xidməti göstərir - Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlayıb aidiyyatı struktura təqdim edir - Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını bankdaxili bank sisteminə daxil edir - Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul ilə təmin edir - Filialın pul anbarının açılması, bağlanması, oraya nağd pulun və digər qiymətlilərin qoyulub götürülməsini qaydalara uyğun həyata keçirir - Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir - Mərkəzi Bankın qaydalarına uyğun olaraq dövriyyəyə yararsız nağd pulun və digər qiymətlilərin dövriyyədən çıxarılmasını, dəyişdirilməsinı icra edir - Xəzinədə olan nağd pul vasitəsini bandrollaşdırır. - Bu sahə üzrə 1 il iş təcrübəsi (Bank və ya kredit təşkilatlarında iş təcrübəsinə üstünlük verilir) - Vətəndaş qüsürsuzluğuna malik olmaq - Kollektivdə işləmə bacarığı - Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olmaq - Nəzakətli, gülərüz olmaq