Bütün vakansiyalar

Digər · Glorri

Qabyuyan

Mətanət A Şirkətlər QrupuMasazır, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 25.09.2026 · Son tarix: 25.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Müəssisənin yeməkxanasında istifadə olunan boşqab, stəkan, çəngəl, qaşıq, qazan, tava və digər mətbəx inventarlarının yuyulmasını və təmizlənməsini həyata keçirmək; Yuyulmuş qab-qacaq və mətbəx inventarlarının qurudulmasını, çeşidlənməsini və müəyyən edilmiş yerlərdə səliqəli şəkildə yerləşdirilməsini təmin etmək; Qabların yuyulması zamanı yuyucu və dezinfeksiyaedici vasitələrdən müəyyən edilmiş norma və təlimatlara uyğun istifadə etmək; Qabyuyan sahəsinin, avadanlıqların və iş yerlərinin gündəlik təmizliyini və sanitariya-gigiyenik vəziyyətini təmin etmək; Qab-qacaq və mətbəx inventarlarının istifadəyə yararlılığını yoxlamaq, sınıq və ya yararsız inventarlar barədə rəhbərə məlumat vermək; Qida tullantılarının və digər məişət tullantılarının müəyyən edilmiş qaydalara uyğun toplanmasını və ərazidən kənarlaşdırılmasını təmin etmək; Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitariya-gigiyena və müəssisədaxili intizam qaydalarına riayət etmək; İş prosesində rəhbər tərəfindən verilən və vəzifəsinin funksional istiqamətinə uyğun digər tapşırıqları yerinə yetirmək. Qab-qacaq və mətbəx inventarlarının yuyulması və təmizlənməsi üzrə iş təcrübəsinin olması arzuolunandır; Sanitariya-gigiyena, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilməsi; Fiziki işə uyğunluq, məsuliyyətlilik, səliqəlilik və kollektivdə işləmək bacarığı. Əlaqə: 070-800-33-65