Bütün vakansiyalar

Satış və marketinq · Glorri

Baş Kommersiya Mütəxəssisi, Təhcizat & Kommersiya

PASHA Real Estate GroupBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 25.09.2026 · Son tarix: 25.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Şirkətimiz layihələrin kommersiya əməliyyatlarını, müqavilə və xərclərə nəzarəti, eləcə də satınalma və tender proseslərini idarə edəcək Baş Kommersiya mütəxəssisi - Təhcizat & Kommersiya axtarır. Namizəd vendorlarla münasibətlərin idarə olunması, danışıqların aparılması, risklərin vaxtında müəyyən edilməsi və layihə büdcələrinə uyğun kommersiya fəaliyyətlərinin təmin edilməsinə cavabdeh olacaq. Əsas vəzifə öhdəlikləri: - Layihə büdcəsinə uyğun vendor münasibətlərini idarə etmək və satınalma təşəbbüslərini dəstəkləmək. - Tender, danışıqlar və müqavilə dəyişikliklərinə dəstək göstərmək. - Layihə menecerləri və satınalma komandaları ilə əməkdaşlıq etmək. - Müqavilə və xərclərə nəzarət üzrə kommersiya əməliyyatlarını idarə etmək. - Satınalma və tender proseslərində şəffaflıq və ədaləti təmin etmək. - Şirkətin əməliyyat risklərinin idarəedilməsi siyasətinə əməl etmək. - Daxili qaydalara, siyasətlərə və prosedurlara uyğun hərəkət etmək. - Şirkət tərıfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən illik hədəflərinə çatmaq. - Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar. - Mülki mühəndislik, iqtisadiyyat, memarlıq və ya smeta mühəndisliyi üzrə bakalavr dərəcəsi. - Tikinti sahəsində texniki biliklər, satınalma və danışıqlar bacarığı. - Müvafiq sahədə iş təcrübəsi, vendor və təchizatçılarla iş bacarığı. - Microsoft Office bilikləri (xüsusilə Excel); smeta və satınalma proqramları üstünlükdür. - Tender proseslərinin idarə edilməsində şəffaflıq və ədalət. - İddiaların effektiv idarə olunması. - Təchizatçılarla peşəkar münasibətlərin qurulması və saxlanılması. - Təkliflərin vaxtında və düzgün toplanması. - Xidmətlərin obyektiv qiymətləndirilməsi.