Mühəndislik və istehsalat · Glorri
Kiçik texniki mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 25.09.2026 · Son tarix: 30.11.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
AQA Şirkətlər Qrupu Caspian Plaza üçün "Kiçik texniki mütəxəssis" vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: - Ofis və obyektlərdə aparılan təmir, texniki xidmət, yenidənqurma və quraşdırma işlərinin icrasına nəzarət etmək; - Gündəlik texniki tapşırıqları planlaşdırmaq, resurs bölgüsünü təşkil etmək və işlərin vaxtında yerinə yetirilməsini təmin etmək; - Tikinti və texniki işlərlə bağlı müvafiq normativ sənədləri hazırlamaq və sənədləşməni düzgün aparmaq; - Avadanlıqların düzgün və təhlükəsiz istismarını, texniki nasazlıqların qarşısının alınmasını təmin etmək; - Elektrik, santexnika, havalandırma, kondisioner və digər mühəndis sistemlərinin texniki baxımına nəzarət etmək; - Obyektlərin enerji, su, qaz və rabitə təminatında fasiləsizliyin qorunmasını təmin etmək; - Subpodratçılarla işin koordinasiyasını həyata keçirmək, görülən işlərin keyfiyyətini yoxlayaraq təhvil-təslim prosesində iştirak etmək; - Texniki iş sahələrində mühafizə və təhlükəsizlik qaydalarına uyğunluğa nəzarət etmək; - Tabeliyində olan texniki heyətin işini təşkil etmək və gündəlik nəzarəti həyata keçirmək; - Müştəri məmnuniyyətini təmin etmək məqsədilə texniki sahədə ortaya çıxan problemlərin operativ həllinə yönəlik tədbirlər görmək; - Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; - Rəhbərlik tərəfindən verilmiş digər texniki və inzibati tapşırıqları yerinə yetirmək. - Ali təhsil (müvafiq sahədə-inşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür); - Vəzifənin tələbləri nəzərə alınaraq, kişi namizədlərə üstünlük verilir ; - Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı ; - Cins: Yalnız bəy namizəd; - Kompyuter bilikləri – MS Office, Autocad proqramlarını mükəmməl bilmək; - Analoji sahədə minimum 1 il iş təcrübəsinə malik; - Elektrik, santexnika və havalandırma sistemləri sahəsinə aid biliklərə sahib olmaq; - Komandada işləmək bacarığı. Əlavə məlumat: - İş günləri: 5 günlük iş qrafiki, şənbə qısa iş günü, həftədə 1 gün istirahət günü; - Əmək haqqı: 1000 AZN (net)