Bütün vakansiyalar

Tibb və səhiyyə · Glorri

Həkim - ginekoloq

Qarabağ Universitetinin KlinikasıXankəndi, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 22.09.2026 · Son tarix: 22.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə pasiyentlərə ginekoloji tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini qiymətləndirərək müayinə, müalicə və müşahidə planını hazırlamaq və icrasını təmin etmək. - Ginekoloji xəstəliklərin profilaktikası, erkən aşkarlanması, diaqnostikası və müalicəsini həyata keçirmək, zəruri laborator və instrumental müayinələri təyin etmək, nəticələri qiymətləndirmək və müvafiq klinik qərarlar qəbul etmək. - Qadınların reproduktiv sağlamlığının qorunması, ailə planlaşdırılması və kontrasepsiya məsələləri üzrə tibbi məsləhət vermək, hamiləliyin planlaşdırılması, hamiləlik və doğuşdan sonrakı dövrdə pasiyentlərin müvafiq tibbi müşahidəsini həyata keçirmək. - Təcili ginekoloji vəziyyətləri vaxtında müəyyən etmək, zəruri diaqnostik və müalicə tədbirlərini həyata keçirmək, tibbi göstərişlərə uyğun olaraq ginekoloji prosedur və müdaxilələri yerinə yetirmək və pasiyentin sonrakı müşahidəsini təmin etmək. - Tibbi sənədlərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, digər ixtisas həkimləri və aidiyyəti şöbələrlə əməkdaşlıq etmək, pasiyentlərin tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, konfidensiallıq, sanitariya-epidemioloji və pasiyent təhlükəsizliyi qaydalarına riayət etmək. - Ali tibbi təhsil və Mamalıq-ginekologiya ixtisası üzrə müvafiq ixtisaslaşma. - Mamalıq-ginekologiya sahəsi üzrə klinik bilik və praktik bacarıqlar. - Ginekoloji xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi, reproduktiv sağlamlıq və pasiyentlərin klinik müşahidəsi üzrə bilik və bacarıqlar. - Tibbi protokollar, pasiyent təhlükəsizliyi və klinik standartlar üzrə biliklər. - Komanda ilə işləmək, effektiv kommunikasiya və klinik qərarvermə bacarıqları. - Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir. - Namizədin fəaliyyətində dürüstlük, ədalətlilik, yüksək peşəkar standartlara sadiqlik, əməkdaşlıq və xəstə yönümlü yanaşma kimi institusional dəyərlərə uyğun davranış nümayiş etdirməsi gözlənilir.