Bütün vakansiyalar

Tibb və səhiyyə · Glorri

Həkim-mikrobioloq

Qarabağ Universitetinin KlinikasıXankəndi, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 22.09.2026 · Son tarix: 22.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Klinik materialların mikrobioloji müayinəsini həyata keçirmək, uyğun laborator diaqnostika metodlarını seçmək, müayinə nəticələrini qiymətləndirmək və klinik əhəmiyyətini şərh etmək. - Bakterioloji və mikoloji müayinələri aparmaq, mikroorqanizmlərin identifikasiyasını və antimikrob preparatlara həssaslığının təyin edilməsini qüvvədə olan standartlara və laboratoriyanın standart əməliyyat prosedurlarına (SOP) uyğun həyata keçirmək. - Parazitoloji müayinələri müvafiq standartlara və laboratoriya prosedurlarına uyğun aparmaq. - Klinik nümunələrin götürülməsi, identifikasiyası, daşınması, qəbulu, saxlanması və işlənməsi proseslərinin preanalitik tələblərə uyğunluğuna nəzarət etmək. - Mikrobioloji müayinələrin analitik və postanalitik mərhələlərində keyfiyyətin təmin olunmasında iştirak etmək, laborator nəticələrin düzgünlüyünü və etibarlılığını qiymətləndirmək. - Antimikrob həssaslıq testlərinin nəticələrini müvafiq beynəlxalq standartlara uyğun qiymətləndirmək və zəruri hallarda klinik şöbələrlə nəticələrin interpretasiyası üzrə peşəkar məsləhətləşmələr aparmaq. - Klinik və epidemioloji əhəmiyyət daşıyan mikroorqanizmlərin, o cümlədən antimikrob rezistentlik göstəricilərinin aşkarlanması, qeydiyyatı və monitorinqində iştirak etmək. - İnfeksiyaların profilaktikası və nəzarəti, antimikrob preparatların rasional istifadəsi və antimikrob rezistentliyin monitorinqi istiqamətində klinikanın aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək. - Laboratoriyanın standart əməliyyat prosedurlarının (SOP), keyfiyyətə nəzarət sənədlərinin və digər laborator sənədlərin hazırlanması, tətbiqi və mütəmadi yenilənməsində iştirak etmək. - Laboratoriya avadanlıqlarının, reaktivlərin və sərf materiallarının düzgün istifadəsinə və saxlanmasına nəzarət etmək, biotəhlükəsizlik və infeksiyaya nəzarət tələblərinə riayət etmək. - Klinik şöbələrin həkimləri ilə əməkdaşlıq etmək, mikrobioloji müayinələrin seçilməsi, nümunələrin düzgün götürülməsi və laborator nəticələrin klinik interpretasiyası ilə bağlı peşəkar məsləhət vermək. - Universitet klinikasının tədris, elmi-tədqiqat və davamlı peşəkar inkişaf fəaliyyətlərində iştirak etmək. - Ali tibb təhsil və tibbi mikrobiologiya üzrə müvafiq ixtisaslaşma. - Qüvvədə olan sertifikasiya və peşə fəaliyyəti tələblərinə uyğunluq. - Klinik mikrobiologiya, bakteriologiya, mikologiya və parazitologiya üzrə nəzəri bilik və praktik bacarıqlar. - Mikroorqanizmlərin identifikasiyası, antimikrob preparatlara həssaslıq testlərinin aparılması və nəticələrin interpretasiyası üzrə bilik və bacarıqlar. - Klinik nümunələrin preanalitik, analitik və postanalitik mərhələləri üzrə bilik və praktik bacarıqlar. - Laboratoriya keyfiyyətinin idarə edilməsi, biotəhlükəsizlik, infeksiyaların profilaktikası və nəzarəti prinsipləri üzrə biliklər. - Müasir avtomatlaşdırılmış mikrobioloji sistemlər və molekulyar diaqnostika metodları üzrə bilik və ya iş təcrübəsi üstünlükdür. - Antimikrob rezistentlik, antimikrob preparatların rasional istifadəsi və infeksiyaya nəzarət sahəsində iş təcrübəsi üstünlükdür. - Xaricdə təhsil, akademik və ya elmi-tədqiqat fəaliyyəti, eləcə də universitet klinikasında iş təcrübəsi üstünlük hesab olunur.