Bütün vakansiyalar

Tibb və səhiyyə · Glorri

Həkim-laborant

Qarabağ Universitetinin KlinikasıXankəndi, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 22.09.2026 · Son tarix: 22.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Klinik laborator diaqnostika üzrə rutin və ixtisaslaşmış müayinələrin laboratoriyanın standart əməliyyat prosedurlarına (SOP) və qüvvədə olan standartlara uyğun aparılmasını təmin etmək. - Hematoloji, biokimyəvi, immunoloji, koaqulyasiya və digər klinik laborator müayinələrin nəticələrini qiymətləndirmək, təsdiqləmək və klinik əhəmiyyətini interpretasiya etmək. - Bioloji nümunələrin götürülməsi, identifikasiyası, daşınması, qəbulu, saxlanması və işlənməsi daxil olmaqla preanalitik proseslərə nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və müvafiq tədbirlərin görülməsini təmin etmək. - Laborator müayinələrin analitik mərhələsində tətbiq olunan metodların, reagentlərin, kalibratorların və nəzarət materiallarının düzgün istifadəsinə və nəticələrin etibarlılığına nəzarət etmək. - Laborator nəticələrin analitik və klinik uyğunluğunu qiymətləndirmək, zəruri hallarda nəticələrin təkrar yoxlanılmasını təmin etmək, kritik nəticələri müəyyənləşdirmək və onların vaxtında aidiyyəti klinik şöbəyə bildirilməsini təmin etmək. - Daxili keyfiyyətə nəzarət və xarici keyfiyyət qiymətləndirilməsi proqramlarında iştirak etmək, uyğunsuzluqları və mümkün xəta mənbələrini təhlil etmək, düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dəstək göstərmək. - Laboratoriyanın standart əməliyyat prosedurlarının (SOP), iş alqoritmlərinin, referens intervallarının, kritik dəyərlərinin və digər keyfiyyət sənədlərinin hazırlanması, tətbiqi və mütəmadi yenilənməsində iştirak etmək. - Laborator avadanlıqların düzgün istismarına, kalibrasiyasına, profilaktik və texniki xidmətinə, eləcə də müvafiq qeydlərin və sənədləşmənin aparılmasına nəzarət etmək. - Reagentlərin, kalibratorların, nəzarət materiallarının və digər laborator sərf materiallarının saxlanma şəraitinə, istifadə müddətlərinə və ehtiyatlarının idarə edilməsinə nəzarətdə iştirak etmək. - Biotəhlükəsizlik, infeksiyaların profilaktikası və nəzarəti, tibbi tullantıların idarə olunması və əmək təhlükəsizliyi üzrə müəyyən edilmiş tələblərə riayət etmək. - Klinik şöbələrin həkimləri ilə əməkdaşlıq etmək, laborator müayinələrin düzgün və məqsədəuyğun seçilməsi, nəticələrin interpretasiyası və əlavə müayinələrə ehtiyacın müəyyənləşdirilməsi ilə bağlı peşəkar konsultativ dəstək göstərmək. - Laboratoriyanın orta tibb heyətinə və digər əməkdaşlarına laborator metodlar, prosedurlar, keyfiyyət və təhlükəsizlik tələbləri üzrə metodiki dəstək göstərmək. - Laborator xidmətlərin keyfiyyətinin, dəqiqliyinin və effektivliyinin davamlı yaxşılaşdırılması üzrə tədbirlərdə iştirak etmək. - Universitet klinikasının tədris, elmi-tədqiqat, klinik audit, keyfiyyətin yaxşılaşdırılması və davamlı peşəkar inkişaf fəaliyyətlərində iştirak etmək. - Ali tibb təhsili - Klinik laborator diaqnostika üzrə müvafiq ixtisaslaşma. - İxtisas üzrə qüvvədə olan sertifikasiya tələblərinə uyğunluq. - Klinik laborator diaqnostika, hematologiya, biokimya, koaqulyasiya və immunoloji müayinələr üzrə nəzəri və praktik biliklər. - Laborator müayinələrin preanalitik, analitik və postanalitik mərhələləri üzrə bilik və bacarıqlar. - Laboratoriya avadanlıqları, avtomatlaşdırılmış analizatorlar, reaktivlər, kalibrasiya və keyfiyyətə nəzarət prinsipləri üzrə biliklər. - Daxili və xarici keyfiyyətə nəzarət, laboratoriya keyfiyyətinin idarə edilməsi prinsipləri üzrə biliklər. - LIS və avtomatlaşdırılmış laborator sistemlərlə iş təcrübəsi üstünlükdür. - Laboratoriya keyfiyyət standartları və akkreditasiya prinsipləri üzrə bilik və ya təcrübə üstünlükdür. - Xaricdə təhsil, elmi-tədqiqat fəaliyyəti və ya universitet klinikasında iş təcrübəsi üstünlükdür.