Tibb və səhiyyə · Glorri
Əməliyyatxana tibb bacısı
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 22.09.2026 · Son tarix: 22.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Vəzifənin təsviri: - Əməliyyat otağının əməliyyata hazırlanmasını və steril şəraitin təmin edilməsini təşkil etmək. - Cərrahi alət və materialların düzgün hazırlanmasına və saxlanmasına nəzarət etmək. - Əməliyyat zamanı cərraha və komandaya operativ şəkildə dəstək vermək. - Steril sahənin qorunmasını təmin etmək və aseptika qaydalarına riayət etmək. - Pasiyentin əməliyyata hazırlanmasında iştirak etmək (mövqeləndirmə, təhlükəsizlik yoxlamaları və s.). - Əməliyyat zamanı istifadə olunan materialların qeydiyyatını aparmaq. - Əməliyyatdan sonra alətlərin sayımını və düzgün təhvil-təslimini təmin etmək. - Tibbi sənədləşməni və hesabatları aparmaq. - Əməliyyat otağında təhlükəsizlik və gigiyena standartlarına əməl olunmasına nəzarət etmək. Namizədə tələblər: - Tibb bacısı ixtisası üzrə ali və ya orta ixtisas təhsili - Əməliyyatxana və ya cərrahiyyə sahəsində iş təcrübəsi arzuolunandır - Sterilizasiya və aseptika qaydaları üzrə biliklər - Cərrahi alətlər və prosedurlar haqqında anlayış - Yüksək məsuliyyətlilik və diqqətlilik - Stressə davamlılıq və operativ qərarvermə bacarığı - Komandada işləmə və effektiv ünsiyyət bacarıqları - Növbəli iş rejimində işləməyə hazır olmaq