Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Mikro kreditlərinin monitorinqi üzrə Baş mütəxəssis

"Rabitəbank" Açıq Səhmdar CəmiyyətiFizuli 71 Küçəsi, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Biznes və mikro kreditlərin planlı və növbədənkənar monitorinqinin keçirilməsində iştirak edir; - Kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməsini yoxlamaq, səyyar montorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq; - Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək; - Səyyar monitorinqin nəticəsi olaraq müvafiq aktları tərtib etmək; - Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək; - Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək; - Səlahiyyətli şəxs/orqan tərəfindən təsdiq edilmiş monitorinq planlarının icrasını təmin edir; - Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirir; - Şöbə müdirinin tapşırığına əsasən əsasnaməyə və bankdaxili normativ sənədlərə uyğun vəzifələri yerinə yeritir. - Ali iqtisadi təhsil; - Bank sahəsində mikro kreditlərinin monitorinqi sahəsi üzrə minimum 1 (bir) illik iş təcrübəsi; (Mikro kreditləri sahəsində minimum 2 (iki) il iş təcrübəsi arzuolunandır) - Microsoft Office üzrə biliklər; - Analitik düşüncə və təhlil etmə bacarığı; - Mikro krediti müştərilərinin maliyyə hesabatlarının təhlili bacarığı; - Biznes müştərilərinin bizneslərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirmə bacarığı; - Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirə bilmək bacarığı; - Ünsiyyətqurma qabiliyyəti; Beynəlxalq sertifikatların ACCA (F3) olması üstünlükdür.