Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Risklərin idarə edilməsi departamenti, Kredit və bazar risklərinin təhlili şöbəsi, aparıcı mütəxəssis/böyük mütəxəssis

Expressbank ASC37 Xocalı prospekti, Bakı 1025, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 18.09.2026 · Son tarix: 18.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Kredit portfelinin məhsul, sektor, müştəri seqmenti və digər əsas göstəricilər üzrə təhlil edilməsi, əsas kredit risk indikatorlarının monitorinqi və risk meyillərinin müəyyənləşdirilməsi; - Kredit risklərinin stress-test, ssenari və sensitivlik təhlilləri, o cümlədən Vintage, Roll-Rate/Migration və digər analizlər vasitəsilə qiymətləndirilməsi, nəticələr üzrə təklif və fəaliyyət planlarının hazırlanması; - Bankın əsas risk göstəricilərinin, limitlərinin və Risk İştahası indikatorlarının monitorinqi, kənarlaşmaların müəyyən edilməsi və müvafiq tədbirlərin koordinasiyası; - IFRS 9/ECL və prudensial ehtiyatlar üzrə məlumatların hazırlanması və yoxlanılması, ehtiyatların dinamikasının təhlili və proqnozlaşdırılması, kənar audit prosesində iştirak edilməsi; - Daxili risk reytinqi və scoring sistemlərinin dövri əks-yoxlanılması və validasiyası, model performansının qiymətləndirilməsi və davamlı təkmilləşdirilməsi; - Kredit risklərinin təhlili və idarə edilməsi üzrə qayda, metodologiya və prosedurların, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanmasında iştirak edilməsi; - Bankın likvidlik mövqeyinin, LCR, NSFR, ani likvidlik, likvidlik GAP-ı, likvidlik buferi və maliyyələşmə mənbələrinin monitorinqi, likvidlik riskləri üzrə stress-test və ssenari təhlillərində iştirak edilməsi; - Faiz dərəcəsi, valyuta və digər bazar risklərinin, o cümlədən açıq valyuta mövqeyi, faiz həssaslığı və risk limitlərinin monitorinqi, bazar riskləri üzrə stress-test və həssaslıq təhlillərində iştirak edilməsi. - Ali təhsil (iqtisadi, maliyyə, statistika, riyazi və ya əlaqəli sahə üzrə ixtisas); - Kredit, bazar və likvidlik risklərinin təhlili sahəsi üzrə iş təcrübəsi; - Mərkəzi Bankın normativ xarakterli qaydaları və bank məhsulları üzrə biliklər; - Microsoft Office proqramları və Oracle SQL üzrə yüksək səviyyədə işləmək bacarığı; - Likvidlik və bazar riskləri üzrə biliklər və praktiki təcrübə arzuolunandır; - FRM, CFA və ACCA sertifikatlarının olması arzuolunandır; - Analitik və tənqidi düşünmə, təhlil və qərarvermə bacarığı; - Məsuliyyətlilik, dəqiqlik və çeviklik; - Effektiv ünsiyyət və komandada işləmək bacarığı; - Azərbaycan dilində səlis, ingilis dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı.