Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin Mütəxəssisi/ Aparıcı mütəxəssisi/ Baş mütəxəssisi

ATB Bank192 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 17.09.2026 · Son tarix: 24.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Satış strukturlarından daxil olan korporativ müştəri müraciətlərinin təhlilinin aparılmasını və yekun rəyin hazırlanaraq təqdim edilməsini təmin etmək; - Korporativ müştərilərin maliyyə və biznes fəaliyyətinin təhlilini həyata keçirmək, risklərin qiymətləndirilməsi üzrə əsaslandırılmış rəylər vermək; - Təhlil proseslərinin təkmilləşdirilməsi məqsədilə yeni yanaşma və metodologiyaların tətbiqində iştirak etmək; - Biznes proseslərinin optimallaşdırılması və səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirilməsində iştirak etmək; - Struktur bölmənin fəaliyyət istiqamətləri üzrə kiçik işçilərin işinin koordinasiyasını həyata keçirmək, onların peşəkar inkişafına dəstək; - Təhlil prosesləri ilə bağlı daxili təlimlərin təşkili və keçirilməsində iştirak etmək; - Fəaliyyət sahəsi üzrə qüvvədə olan qanunvericiliyin, normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri və təlimatlarının tətbiqini təmin etmək; - Daxili siyasət, prosedur və qaydalara uyğun fəaliyyət göstərmək; - Hesabatların hazırlanmasında, məlumatların təhlilində və qərar qəbuletmə prosesində iştirak etmək. - Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; - Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi; - Yüksək ünsiyyətqurma, təqdimat və dinləmə bacarıqları; - Operativ, məsuliyyətli və dəqiq işləmək qabiliyyəti; - Analitik düşünmə və problemlərin həlli bacarığı; - Komandada effektiv işləmək bacarığı; - Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatların (ACCA F3 (Financial Accounting) və F7 (Financial Reporting), CFA və s.) olması üstünlükdür; - Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir; - Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı; - Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini isə yaxşı səviyyədə bilmək; - Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.