Bütün vakansiyalar

Digər · Glorri

Risklərin idarə edilməsi departamenti, Əməliyyat risklərinin təhlili şöbəsi, mütəxəssis/aparıcı mütəxəssis

Expressbank ASCXocalı prospekti
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 15.10.2026 · Son tarix: 14.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək verilməsi; - İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılması; - Risklərin müəyyənləşdirilməsi, qeydiyyatının aparılması, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsi; - Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak; - Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak; - Riskə nəzarət və özünü qiymətləndirmə (RCSA) alətindən istifadə; - Bankın struktur bölmələrinin işçilərinin risk mədəniyyətinin formalaşdırılması məqsədi ilə əməliyyat risklərinin idarə edilməsi üzrə bankdaxili təlimlərin və təqdimatların keçirilməsində iştirak; - Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabatlığın aparılması. - Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas); - Analoji sahə üzrə 1 il iş təcrübəsi; - Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır; - MS Ofis proqramları ilə işləmə bacarığı (SQL bilikləri arzuolunandır); - Bank qanunvericiliyi, banklarda risklərin idarə olunması haqqında qaydalar, AR MB-nin digər normativ aktları üzrə biliklər; - Risklərin idarə edilməsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır; - Analitik düşünmə və çevik qərarvermə qabiliyyəti; - Məsuliyyətlilik və dəqiqlik; - Kommunikasiya bacarıqları.