İnzibati və ofis · Glorri
Verilənlər Bazası Administratoru (Oracle/PostgreSQL) – Middle / Strong Middle
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Orta səviyyə
Elan tarixi: 13.10.2026 · Son tarix: 12.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Oracle Database (11g–19c) və PostgreSQL verilənlər bazası sistemlərinin quraşdırılması, konfiqurasiyası, administrasiyası və dəstəklənməsi; - Verilənlər bazası arxitekturasının layihələndirilməsi, yaradılması və inkişaf etdirilməsi; - RMAN vasitəsilə ehtiyat nüsxələrin hazırlanması, Backup/Recovery və bərpa ssenarilərinin işlənməsi, mütəmadi test edilməsi və monitorinqi; - Oracle ASM, Data Guard, Active Data Guard və Multiple Standby texnologiyalarının tətbiqi, idarə olunması və optimallaşdırılması; - Verilənlər bazalarının yüksək əlçatanlığının (High Availability), məlumatların bütövlüyünün, təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi; - SQL sorğularının, PL/SQL prosedur və paketlərinin optimallaşdırılması (SQL Tuning), performans analizinin aparılması və verilənlər bazasının tuninqi; - Verilənlər bazalarının performansının monitorinqi, problemlərin diaqnostikası və operativ şəkildə aradan qaldırılması; - Linux/Unix, xüsusilə Oracle Linux mühitində verilənlər bazaları ilə bağlı administrasiya işlərinin icrası; - Verilənlər bazası üzrə texniki sənədləşmənin hazırlanması və mütəmadi yenilənməsi. - İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil; - Oracle Database (11g–19c) və PostgreSQL üzrə minimum 2–4 il praktiki iş təcrübəsi; - Oracle RMAN, ASM, Data Guard və Active Data Guard texnologiyaları ilə iş təcrübəsi; - SQL və PL/SQL üzrə yaxşı biliklər və performans optimallaşdırılması sahəsində praktiki təcrübə; - Backup/Recovery, Disaster Recovery və High Availability həlləri üzrə praktiki biliklər; - Linux/Unix, xüsusilə Oracle Linux əməliyyat sistemləri ilə işləmək bacarığı; - Analitik düşüncə, problemlərin operativ həlli və komanda ilə effektiv əməkdaşlıq bacarığı; - Texniki sənədlərlə işləmək üçün ingilis dili biliyi arzuolunandır; - Oracle RAC ilə iş təcrübəsi üstünlük hesab olunur; - Oracle Enterprise Manager (OEM) və ya digər monitorinq alətləri ilə işləmə təcrübəsi üstünlük hesab olunur; - PostgreSQL replikasiya və yüksək əlçatanlıq həlləri üzrə biliklər üstünlük hesab olunur; - Oracle sertifikatlarının (OCP/OCA) mövcudluğu üstünlük hesab olunur.