Tibb və səhiyyə · Glorri
Nevrologiya tibb bacısı
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 04.09.2026 · Son tarix: 30.12.2026
Mənbədə son yoxlanış: 19.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Nevroloji xəstəlikləri olan pasiyentlərin tibb bacılığı baxımını və gündəlik müşahidəsini həyata keçirmək. - Pasiyentlərin nevroloji vəziyyətini, şüur səviyyəsini, pupil reaksiyalarını, motor və sensor funksiyalarını izləmək. - Həyati göstəriciləri — arterial təzyiq, nəbz, tənəffüs, bədən hərarəti və oksigen saturasiyasını mütəmadi monitorinq etmək. - Nevroloji və həyati göstəricilərdə baş verən dəyişiklikləri vaxtında aşkar etmək və həkimə məlumat vermək. - İnsult, epileptik tutma, kəskin nevroloji dəyişikliklər və digər təxirəsalınmaz hallarda ilkin tibb bacılığı müdaxiləsini həyata keçirmək. - Həkim təyinatına uyğun olaraq dərman vasitələrinin hazırlanmasını və tətbiqini təmin etmək. - İnfuziya terapiyası, venadaxili giriş və digər tibb bacılığı prosedurlarını mövcud qaydalara uyğun icra etmək. - Hərəkət məhdudiyyəti olan pasiyentlərdə təhlükəsiz mobilizasiya tədbirlərini həyata keçirmək. - Yıxılmaların, təzyiq yaralarının və immobilizasiya ilə bağlı digər ağırlaşmaların profilaktikasını təmin etmək. - Pasiyentin müalicə və reabilitasiya planının icrasında iştirak etmək. - Reabilitasiya prosesində pasiyentin funksional vəziyyətinin dəstəklənməsinə kömək etmək. - Multidissiplinar komanda ilə əməkdaşlıq edərək pasiyentin baxım prosesinin koordinasiyasına dəstək göstərmək. - Pasiyent və ailə üzvlərini xəstəliyin müşahidəsi, dərman qəbulu, təhlükəsizlik tədbirləri və evdə qulluqla bağlı maarifləndirmək. - Tibbi sənədləşməni düzgün, tam və vaxtında aparmaq. - Elektron tibbi qeydiyyat sistemlərində pasiyent məlumatlarını düzgün qeyd etmək. - İnfeksiya nəzarəti, aseptika-antiseptika və pasiyent təhlükəsizliyi qaydalarına riayət etmək. - Tibbi etika, məxfilik və peşəkar davranış prinsiplərinə uyğun fəaliyyət göstərmək. Namizədə tələblər: - Tibb bacısı üzrə orta ixtisas və ya ali tibb təhsili. - Nevrologiya sahəsində minimum 3 il iş təcrübəsi. - Peşəkar bilik və bacarıqlar. - Nevroloji statusun qiymətləndirilməsi üzrə bilik. - Şüur səviyyəsi, pupil reaksiyaları, motor və sensor funksiyaların müşahidəsi bacarığı. - İnsult, epileptik tutma və kəskin nevroloji hallarda ilkin müdaxilə bacarıqları. - Həyati göstəricilərin monitorinqi üzrə bilik. - Dərmanların tətbiqi, infuziya terapiyası və venadaxili giriş prosedurları üzrə praktik bacarıq. - Sterilizasiya və infeksiya nəzarəti qaydaları. - Klinik protokollar üzrə bilik. - Nevrologiya və təcili tibbi yardım üzrə sertifikatlar — BLS və s. üstünlükdür.