Bütün vakansiyalar

Tibb və səhiyyə · Glorri

Həkim – Travmatoloq-Ortoped

Qarabağ Universitetinin KlinikasıXankəndi, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 04.09.2026 · Son tarix: 30.12.2026

Mənbədə son yoxlanış: 19.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Vəzifənin təsviri: - Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə dayaq-hərəkət sistemi xəstəlikləri və travmaları üzrə pasiyentlərə ixtisaslı tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini qiymətləndirərək müalicə planını hazırlamaq və icrasını təmin etmək. - Travmatik zədələr və ortopedik xəstəliklər üzrə pasiyentlərin müayinəsini aparmaq, klinik, instrumental və laborator müayinələrin nəticələrinə əsasən diaqnoz qoymaq və müvafiq müalicə taktikasını müəyyən etmək. - Zəruri hallarda ortopedik və travmatoloji cərrahi müdaxilələri həyata keçirmək, əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyətinə nəzarət etmək və reabilitasiya prosesinin təşkili və icrasını təmin etmək. - Pasiyentlərin vəziyyətinin dinamik müşahidəsini aparmaq, zəruri hallarda müalicə planını yeniləmək və müvafiq diaqnostik və müalicə prosedurlarını həyata keçirmək. - Tibbi sənədlərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, tibbi avadanlıq və materialların düzgün və səmərəli istifadəsinə nəzarət etmək. - Müalicə-profilaktika müəssisəsinin digər şöbələri ilə əməkdaşlıq etmək, orta və kiçik tibb heyətinin fəaliyyətinə metodiki dəstək göstərmək, pasiyentlərin tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, sanitariya-epidemioloji və təhlükəsizlik qaydalarına riayət etmək. Namizədə tələblər: - Ali tibbi təhsil və Travmatologiya və Ortopediya ixtisası üzrə müvafiq ixtisaslaşma. - Müvafiq sahə üzrə klinik bilik və praktik bacarıqlar. - Müasir tibbi protokollar, xəstə təhlükəsizliyi və klinik standartlar üzrə biliklər. - Komanda ilə işləmək, effektiv kommunikasiya və klinik qərarvermə bacarıqları. - Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir. - Namizədin fəaliyyətində dürüstlük, ədalətlilik, yüksək peşəkar standartlara sadiqlik, əməkdaşlıq və pasiyent yönümlü yanaşma kimi institusional dəyərlərə uyğun davranış nümayiş etdirməsi gözlənilir.