Digər · Glorri
Aparıcı Sistem İnzibatçısı
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 09.10.2026 · Son tarix: 08.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Vəzifənin təsviri: - Data mərkəzi infrastrukturunun – server, virtuallaşdırma, məlumat saxlama, şəbəkə, təhlükəsizlik və bulud xidmətlərinin planlaşdırılması, qurulması, konfiqurasiyası, gündəlik idarə edilməsi və fasiləsiz fəaliyyətinin təmin edilməsi. - HPE ProLiant Gen11 klasterlərinin və VMware vSphere/vCenter mühitinin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi. - HPE MSA SAN massivlərinin, pool/LUN və multipath konfiqurasiyalarının idarə olunması, tutum və performansın monitorinqi. - Veeam əsasında backup və Disaster Recovery (DR) mühitinin qurulması və mütəmadi bərpa testlərinin aparılması. - ToR/Core/Access kommutatorları, VLAN, LACP, marşrutlaşdırma və firewall siyasətlərinin konfiqurasiyasına dəstək göstərilməsi. - Windows Server, Active Directory, DNS, DHCP, GPO və PKI xidmətlərinin idarə edilməsi. - Entra ID Connect və Microsoft 365 xidmətlərinin (Exchange Online, Teams, SharePoint, OneDrive) administrasiyası. - CrowdStrike Falcon platformasının idarə edilməsi, endpoint hardening, zəifliklərin idarə olunması və təhlükəsizlik insidentlərinə reaksiya verilməsi. - ManageEngine həllərinin (OpManager, Endpoint Central, ServiceDesk Plus) tətbiqi və istismarının təmin edilməsi. - Yeni IT sistemləri üzrə texniki tələblərin hazırlanması, təchizatçı həllərinin qiymətləndirilməsi və quraşdırma işlərinə texniki nəzarətin həyata keçirilməsi. - HBYS/PACS/LIS sistemlərinə infrastruktur səviyyəsində dəstəyin göstərilməsi. - Şəbəkə və sistem sxemlərinin, konfiqurasiya jurnallarının, SOP-ların və avadanlıq inventarının aparılması. - 24/7 iş rejiminə uyğun çağırış əsasında texniki dəstəyin göstərilməsi, helpdesk dəstəyi, insidentlərin həlli və zəruri hallarda eskalasiyanın həyata keçirilməsi. Namizədə tələblər: - Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi. - VMware vSphere və vCenter üzrə bilik və praktiki təcrübə. - Windows Server və Active Directory üzrə bilik. - HPE server və storage sistemləri ilə işləmək bacarığı. - Cisco şəbəkə infrastrukturu üzrə bilik. - Microsoft 365 və Entra ID üzrə bilik və administrasiya təcrübəsi. - Veeam Backup & Replication üzrə bilik. - PowerShell ilə işləmək bacarığı. - İngilis dilini texniki sənədlərlə işləmək və yazışma aparmaq səviyyəsində bilmək. - Analitik düşünmə və problemləri operativ həll etmə bacarığı. - Zərurət yarandıqda 24/7 iş rejiminə uyğun texniki dəstək göstərmək imkanının olması. Üstünlük hesab olunur: - Linux administrasiyası üzrə bilik. - HBYS, PACS, LIS, HL7 və DICOM üzrə bilik. - IP telefoniya və ITIL üzrə bilik. - Rus dili biliyi. - VCP-DCV, CCNA/CCNP, AZ-104, AZ-800, MS-102, HPE ATP/ASE və ya VMCE sertifikatlarından birinə və ya bir neçəsinə sahib olmaq.