Bütün vakansiyalar

Mühəndislik və istehsalat · SOCAR

Texniki Nəzarət üzrə aparıcı mühəndis

SOCARBaku
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 23.09.2026 · Son tarix: 24.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Vəzifənin adı: Texniki Nəzarət üzrə aparıcı mühəndis SOCAR Downstream MMC Bütünlük və Etibarlılıq Departamenti şöbəsi Texniki Nəzarət üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: SDM-in Bütünlük və Etibarlılıq Rəhbərliyi və TN meneceri tərəfindən müəyyən edilmiş fəaliyyətlərin həyata keçirilməsi; Mövcud qaydalar, sənayenin ən yaxşı təcrübələri, beynəlxalq norma və standartlara əsaslanaraq etibarlılıq fəaliyyətinin həyata keçirilməsi; Müvafiq qeyd və məlumatların dolğun və düzgün rəsmiləşdirilməsinin aparılması, auditlərə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə böyük mühəndisin dəstəklənməsi; Təkmilləşdirmə və inkişaf üçün verilən təkliflərin icra edilməsi; Aktivlərin imkanları, keyfiyyət və istehsal sahəsində məqsədlərinə nail olunmasını təmin etmək üçün böyük mühəndisin dəstəklənməsi; SDM-in sahələrində istismar edilən avadanlıqların texniki vəziyyətinin keyfiyyətinə nəzarət üzrə işlərin yerinə yetirilməsinin təmin edilməsi; İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama, baxış və sınaqların aparılması üzrə cədvəllərin tərtib edilməsi; Təsdiq edilmiş cədvəllər əsasında avadanlıqlarda müvafiq yoxlamaların aparılması, yoxlama və çıxdaş aktlarının tərtib edilməsi; Avadanlıqların təmiri zamanı qüsur cədvəllərində təmir işlərinin həcminin yoxlama və çıxdaş aktlarına uyğunluğuna nəzarət edilməsi; Avadanlıqların pasportlarının tərtib edilməsinə, düzəliş və əlavələrin vaxtında aparılmasına nəzarət edilməsi; Avadanlıqların quraşdırılması, rekonstruksiyası və təmirindən sonra qəbulunda iştirak edilməsi və texniki sənədlərin düzgünlüyünə və dolğunluğuna nəzarət edilməsi; Yükqaldırıcı mexanizmlərin işləmə müddətinin hesabatının aparılması, texniki baxış və yoxlamaların həyata keçirilməsi; Avadanlıqlarda baş vermiş qəza vəziyyətlərinin və nasazlıqların xüsusi jurnallarda qeydiyyatının aparılmasına nəzarət edilməsi; Avadanlıqlarda aparılan yoxlama və müayinələrin nəticələri əsasında onların istismara yararlılığı barədə rəy verilməsi; Aşkar edilmiş nöqsanlar haqqında verilmiş rəy və təkliflərin vaxtında yerinə yetirilməsinin yoxlanılması və nəticələr barədə böyük mühəndisə məlumat verilməsi; Sobaların bütün elementlərinin məsul şəxslərlə birlikdə keyfiyyətinin yoxlanılması və müvafiq qaydada sənədləşdirilməsi; Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulların öyrənilməsi və istehsalata tətbiq edilməsi; Namizədə tələblər: Ali texniki təhsil; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; API 510, API 570 və API 653 beynəlxalq sertifikatlarına malik olmaq; İngilis dilini peşəkar səviyyədə (Professional Proficiency) bilmək; İş yeri: SOCAR Downstream MMC Son müraciət tarixi: 29.09.2026