Bütün vakansiyalar

Digər · stp

Müfəttiş

STP GLOBAL CABLESumqayıt
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 09.10.2026 · Son tarix: 09.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Departament: SƏTƏM Bölməsi Namizədə olan tələblər: Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı; İstehsalat müəssisələrində SƏTƏM sahəsi üzrə minimum 3–4 il iş təcrübəsi tələb olunur; İşgüzar və məsuliyyətli olmalıdır Ümumi vəzifə öhdəlikləri: Müəssisədə SƏTƏM tələblərinə, daxili prosedurlara və ISO 45001, ISO 14001 standartlarının tələblərinə əməl olunmasına nəzarət etmək; İstehsalat, anbar və yardımçı sahələrdə planlı və növbədənkənar SƏTƏM yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək; Təhlükə və risklərin müəyyən edilməsi, risk qiymətləndirilməsinin aparılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsində iştirak etmək; Qəza, insident və təhlükəli halların araşdırılmasında, səbəblərinin təhlilində və qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək; İşçilərin SƏTƏM üzrə təlimatlandırılması, FMV-lərdən düzgün istifadə, yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə maarifləndirmə işlərini həyata keçirmək; Fövqəladə hallara hazırlıq, təxliyə planları və praktiki təlimlərin təşkilində iştirak etmək; Ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması və ekoloji tələblərə əməl olunmasına nəzarət etmək Əmək, sənaye təhlükəsizliyi və ətraf mühit üzrə normativ-hüquqi tələblərə uyğunluğun təmin edilməsində, həmçinin dövlət qurumlarının yoxlamaları üçün sənədlərin hazırlanmasında iştirak etmək; SƏTƏM üzrə hesabatların, aktların, risk qiymətləndirilməsi sənədlərinin, təlim protokollarının və digər aidiyyəti sənədlərin hazırlanmasını, qeydiyyatını və arxivləşdirilməsini həyata keçirmək Namizədə olan əlavə tələblər: Yoxdur Təcrübə tələbi: 3-5 il Təhsil: Ali təhsil-Bakalavr İxtisas: Texniki Dil biliyi: İngilis dili-Orta, Rus dili-Orta Kompüter bacarıqları: Ms Word, Ms Excel, Ms Power Point, Outlook email sistemi Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.