Hüquq · stp
Baş hüquqşünas
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 17.10.2026 · Son tarix göstərilməyib
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Departament: Hüquq departamenti Namizədə olan tələblər: Bölmə Meneceri və Departament direktoru tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək. Ümumi vəzifə öhdəlikləri: Cəmiyyətin maraqlarını dövlət, prokurorluq, hüquq-mühafizə, təhqiqat, istintaq, vergi, gömrük, daxili işlər orqanları, habelə məhkəmələr və mediasiya təşkilatlarında təmsil etmək və qanuni mənafelərini müdafiə etmək; Pretenziya, iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti, barışıq sazişi, etiraz, vəsatət, mülahizə habelə arayış, hüquqi rəy, məktub, təqdimat, yazılı müraciət, sorğu, ərizə, şikayət və digər sənədləri tərtib etmək və imzalamaq; İcra işlərinin təmin edilməsi məqsədi ilə icra prosesinə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün icra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək; Məhkəmə və icra işlərinin uçotunu, hesabatını aparmaq və bu məlumatları müvafiq olaraq yeniləmək; Borclular tərəfindən ödənişlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək; Bölmənin üzərinə qoyulmuş öhdəliklərin, vəzifələrin və fəaliyyəti üzrə digər məsələlərin icrasına nəzarət etmək və zəruri dəstəyi göstərmək; Qanunvericilikdə baş verən dəyişiklikləri mütəmadi izləmək və Qrupun fəaliyyət istiqamətləri üzrə şirkətin struktur bölmələrinə hüquqi məsləhət, eləcə də hüquqi dəstək göstərmək; Namizədə olan əlavə tələblər: Yoxdur Təcrübə tələbi: 3-5 il Təhsil: Ali təhsil-Bakalavr İxtisas: Hüquq sahəsində ali təhsil (magistr dərəcəsi arzuolunandır) Dil biliyi: İngilis dili-Orta, Rus dili-Orta, Azərbaycan dili (əla); Kompüter bacarıqları: Ms Word, Ms Excel, Ms Power Point Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.