Satış və marketinq · yelo
Satışa dəstək və biznes inkişafı şöbəsinin meneceri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 16.10.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Vakansiya növü: Tam ştat Kateqoriya: Maliyyə, Biznes və idarəetmə Vəzifə: Rəhbər Elan tarixi: 16-10-2026 Son Tarix: 31-10-2026 Vəzifə və öhdəliklər Satışın artırılmasına dair təkliflərin hazırlanması Bazar üzrə rəqabətli təklifin hazırlanması, tariflərin əlverişli idarə edilməsi və paket təkliflərinin təqdim edilməsi ilə kredit və qeyri-kredit məhsullarının inkişafı Əməkdaşların motivasiya sisteminin hazırlanması, təkmilləşdirilməsi və tədbiq edilməsi üzrə Departament direktoruna təkliflərin verilməsi; Bazar araşdırmaları və rəqabət mühitinin təhlilini aparmaq Yeni biznes imkanlarını müəyyən etmək və təkliflər hazırlamaq Yeni məhsul və xidmətlərin hazırlanması prosesində iştirak etmək Satış komandalarının fəaliyyətini dəstəkləyən alət və mexanizmlər hazırlamaq Müştəri seqmentasiyası və hədəf bazar analizlərini aparmaq Satış proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslər irəli sürmək Yeni layihələrin iqtisadi səmərəliliyini qiymətləndirmək Biznes inkişafı üzrə layihələri koordinasiya etmək Satış və biznes inkişafı üzrə analitik hesabatlar hazırlamaq Strateji tərəfdaşlıqların qurulması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək Bankın seminarlarında iştirakçı və mühazirəçi qismində fəal iştirak etmək Müştəri xidmətləri üzrə keyfiyyət standartlarını hazırlamaq və yeniləmək Xidmət nöqtələrinin fəaliyyətini keyfiyyət göstəriciləri əsasında qiymətləndirmək Müştəri məmnuniyyəti göstəricilərinin monitorinqini aparmaq və təhlil etmək Müştəri şikayətləri, müraciətləri və təklifləri üzrə hesabatlar hazırlamaq. Gizli müştəri (Mystery Shopping) yoxlamalarını təşkil etmək və nəticələrini qiymətləndirmək Filial və satış nöqtələrində əməliyyat risklərinin müəyyənləşdirilməsi və azaldılması üzrə tədbirlər hazırlamaq Tələblər Ali təhsil Bank işi, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə minimum 5 il iş təcrübəsi Komanda idarəetməsi və rəhbərlik vəzifəsində (qrup rəhbəri, menecer və s.) minimum 5 il iş təcrübəsi Satış və biznes inkişafı, məhsul inkişafı, müştəri təcrübəsi və ya əməliyyatların idarə olunması sahəsində təcrübə Müştəri xidmətləri üzrə keyfiyyət standartları və müştəri təcrübəsinin (Customer Experience) idarə edilməsi üzrə biliklər Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür