Bütün vakansiyalar

Digər · kapital

Süni İntellekt (AI) Modellərinin Validasiyası üzrə təcrübəçi

BirBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Başlanğıc (Junior)

Elan tarixi: 16.10.2026 · Son tarix: 16.11.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Bu təcrübəçi rolu kredit riski, IFRS 9, Machine Learning və Gen AI modellərinin validasiyası prosesində iştirak etməyi, məlumatların hazırlanması və keyfiyyətinin yoxlanılmasını əhatə edir. Namizədlərdən Python, SQL, statistika və maşın öyrənməsinin əsasları, həmçinin Gen AI, LLM, RAG və AI agentləri haqqında anlayış gözlənilir. Vəzifə öhdəlikləri: Modellərin (kredit riski, IFRS 9, ML və Gen AI modelləri) müstəqil validasiyası işlərində validatorlara dəstək göstərmək; Validasiya üçün məlumatların hazırlanmasını, keyfiyyətinin yoxlanılmasını və ilkin təhlilini aparmaq; Validasiya testlərini (diskriminasiya gücü, kalibrasiya, stabillik, backtesting) Python və SQL vasitəsilə icra etmək; AI/Gen AI modellərinin və AI agentlərinin test edilməsində iştirak etmək (cavabların düzgünlüyü, hallüsinasiya, qərəzlilik, dayanıqlıq); Validasiya proseslərinin AI alətləri ilə avtomatlaşdırılmasına dəstək göstərmək; Validasiya hesabatlarının və işçi sənədlərinin hazırlanmasında iştirak etmək; Məxfilik və informasiya təhlükəsizliyi tələblərinə riayət etmək. Tələblər: Riyaziyyat, statistika, kompüter elmləri, data elmi və ya oxşar ixtisas üzrə ali təhsil (son kurs tələbəsi, məzun və ya magistrant) Python və SQL bilikləri, statistika və maşın öyrənməsinin əsasları Gen AI və LLM əsaslı həllər haqqında anlayış (prompt yazma, RAG, AI agentləri), praktiki təcrübə üstünlükdür İngilis dili: texniki ədəbiyyatı oxumaq və sənəd hazırlamaq səviyyəsində Analitik və tənqidi düşüncə, detallara diqqət Sürətli öyrənmə bacarığı, məsuliyyətlilik və komandada işləmək bacarığı Üstünlüklər: Real layihə və tapşırıqlarda iştirak edərək praktiki təcrübə qazanmaq; Peşəkar mütəxəssislərdən öyrənmək və biliklərini təcrübədə tətbiq etmək; Komanda işi, ünsiyyət və problem həlli bacarıqlarını inkişaf etdirmək; Korporativ iş mühitini yaxından tanımaq və karyera maraqlarını müəyyənləşdirmək; Gələcək karyera imkanları üçün Bir ekosisteminin istedad hovuzuna daxil olmaq.