Bütün vakansiyalar

Digər · kapital

Model Risklərinin İdarə Edilməsi üzrə təcrübəçi

BirBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Başlanğıc (Junior)

Elan tarixi: 16.10.2026 · Son tarix: 16.11.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Bu təcrübəçi rolu Model Risk Management (MRM) istiqamətində model inventarının idarə edilməsi, validasiya nəticələrinin və tədbirlər planlarının icrasının izlənilməsi, risk göstəricilərinin monitorinqi və hesabatlılıq proseslərinə dəstək göstərməyi əhatə edir. Namizədlərdən Excel üzrə yaxşı bilik, bank fəaliyyəti və risklərin idarə edilməsi haqqında ümumi anlayış, analitik düşüncə, detallara diqqət və ingilis dili bacarıqları gözlənilir Vəzifə öhdəlikləri: Model inventarının aktual saxlanılmasına dəstək göstərmək, model sahibləri ilə birlikdə məlumatların yenilənməsini təmin etmək; Validasiya tapıntılarının və tədbirlər planlarının icra vəziyyətini izləmək; Model riski üzrə göstəricilərin (KPI, SLA, risk iştahası) monitorinqinə və hesabatlılığına dəstək göstərmək; MRM Komissiyasının materiallarının və protokollarının hazırlanmasında iştirak etmək; Daxili normativ sənədlərin (siyasət, metodologiya, prosedur) yenilənməsində və digər struktur bölmələrin sənədlərinə rəylərin hazırlanmasında iştirak etmək; Kənar şirkətlər tərəfindən aparılan validasiya layihələrinin qrafikini və təhvil verilən nəticələrini izləmək; Modellərlə bağlı risklər üzrə nəzarət (assurance) işlərinə dəstək göstərmək; Tələblər: İqtisadiyyat, maliyyə, risklərin idarə edilməsi, riyaziyyat, statistika və ya oxşar ixtisas üzrə ali təhsil (son kurs tələbəsi, məzun və ya magistrant) Excel üzrə yaxşı bilik, Tableau və ya SQL bilikləri üstünlükdür Bank fəaliyyəti, risklərin idarə edilməsi və statistik modellər haqqında ümumi anlayış Hesabat, təqdimat və işgüzar yazışma hazırlamaq bacarığı, ingilis dili: sənədləri oxumaq və yazışma aparmaq səviyyəsində İşi sistemli təşkil etmək bacarığı, detallara diqqət və dəqiqlik Ünsiyyət bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik Üstünlüklər: Real layihə və tapşırıqlarda iştirak edərək praktiki təcrübə qazanmaq; Peşəkar mütəxəssislərdən öyrənmək və biliklərini təcrübədə tətbiq etmək; Komanda işi, ünsiyyət və problem həlli bacarıqlarını inkişaf etdirmək; Korporativ iş mühitini yaxından tanımaq və karyera maraqlarını müəyyənləşdirmək; Gələcək karyera imkanları üçün Bir ekosisteminin istedad hovuzuna daxil olmaq.