Digər · kapital
Rəqəmsal istedadların cəlbi üzrə mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 16.10.2026 · Son tarix: 16.11.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Bir Ecosystem çərçivəsində Data, IT və digər rəqəmsal istiqamətlərdə vakansiyaların işə qəbul prosesinin bütün mərhələlərinin idarə edilməsini əhatə edəcək bu rol. Vəzifə öhdəlikləri: Bir Ecosystem üzrə Data, İT və digər rəqəmsal istiqamətləri üzrə vakansiyaların tam recruitment dövrünü idarə etmək; Hiring Manager-lərlə sıx əməkdaşlıq edərək vakansiya tələblərini, namizəd profilini və seçim meyarlarını müəyyənləşdirmək; Müxtəlif kanallar vasitəsilə namizədlərin axtarışını və cəlb edilməsini həyata keçirmək (LinkedIn, referral, professional communities və s.); Aktiv və passiv namizədlər üçün effektiv sourcing strategiyaları hazırlamaq və tətbiq etmək; CV-lərin ilkin qiymətləndirilməsini, müsahibələrin təşkilini və namizədlərlə kommunikasiya prosesini idarə etmək; Namizədlərə vaxtında və keyfiyyətli geribildirim verilməsini, müsbət namizəd təcrübəsinin təmin olunmasını dəstəkləmək; Vakansiyalar üzrə recruitment funnel, pipeline və əsas performans göstəricilərini izləmək və təhlil etmək; Əmək bazarını, rəqabət mühitini və tələb olunan profillər üzrə talent pool-u araşdırmaq; İşə qəbul prosesinin optimallaşdırılması və recruitment yanaşmalarının davamlı təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək. Tələblər: İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil; Recruitment və ya Talent Acquisition sahəsində iş təcrübəsi; Data, IT və digər texniki/rəqəmsal profillər üzrə vakansiyaların bağlanması təcrübəsi üstünlükdür; Sourcing alətləri və namizəd axtarış metodları üzrə biliklər; LinkedIn Recruiter və digər rəqəmsal recruitment platformalarından istifadə bacarığı; Texniki və biznes rollarının tələblərini anlamaq və namizədlərin ilkin uyğunluğunu qiymətləndirmək bacarığı; Güclü kommunikasiya, danışıqlar aparmaq və stakeholder management bacarıqları; Analitik düşüncə, məlumatlarla işləmək və nəticəyönümlülük; Eyni zamanda bir neçə vakansiyanı prioritetləşdirmək və idarə etmək bacarığı; Azərbaycan və ingilis dillərini bilmək; rus dili biliyi üstünlükdür. Üstünlüklər: İnkişaf imkanları; Rəqabətli əmək haqqı və bonuslar; Yüksək təminatlı sığorta; Dəstəkləyici mühit; Visa Premium əmək haqqı kartı; Korporativ endirimlər; Korporativ tədbirlər; Əlavə məzuniyyət; Güzəştli təhsil və işçi krediti.