Bütün vakansiyalar

Digər · veyseloglu

Tələb planlama üzrə mütəxəssis

Veyseloglu MMCBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 16.10.2026 · Son tarix göstərilməyib

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Ümumi məlumat Öhdəliklər Məhsul, SKU, kateqoriya və satış kanalları üzrə tələb proqnozlarının hazırlanması; Tarixi satış məlumatlarının analiz edilməsi və gələcək dövrlər üzrə tələb proqnozunun formalaşdırılması; Mövsümsəllik, satış kampaniyaları, yeni məhsullar, qiymət dəyişiklikləri və digər faktorların proqnoza təsirinin nəzərə alınması; Aylıq, həftəlik və zərurət olduqda gündəlik tələb planlarının hazırlanması; Faktiki satış nəticələrinin proqnozla müqayisə edilməsi və sapmaların səbəblərinin analiz olunması; Forecast Accuracy, Forecast Bias və digər tələb planlama göstəricilərinin hesablanması və izlənilməsi; Satış, Marketinq, Satınalma, Təchizat Zənciri, Logistika və Maliyyə komandaları ilə koordinasiyalı işləmək; Satış komandalarından daxil olan məlumatların tələb planına inteqrasiya edilməsi; Kampaniya və xüsusi satış dövrləri üzrə əlavə tələb ehtiyaclarının hesablanması; Yeni məhsullar üçün analoji məhsulların satış tarixçəsi və bazar məlumatları əsasında ilkin proqnozların hazırlanması; Yavaş hərəkət edən və artıq stok yaradan məhsulların müəyyən edilməsi; Stock-out və overstock risklərinin əvvəlcədən müəyyən edilməsi; Məhsullar üzrə optimal stok səviyyəsinin saxlanılmasına dəstək göstərilməsi; Satış və stok dinamikasının mütəmadi analiz edilməsi; Tələb planının satınalma və təchizat planları ilə uyğunlaşdırılmasına dəstək göstərilməsi; S&OP / IBP prosesləri üçün tələb planlama məlumatlarının hazırlanması; Rəhbərlik üçün tələb, satış, stok və proqnoz dəqiqliyi ilə bağlı hesabat və analizlərin hazırlanması; Tələblər - Təhsil İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Tədarük Zənciri, Statistika, Riyaziyyat və ya uyğun sahə üzrə ali təhsil. İş təcrübəsi Tələb planlama, satış planlama, satınalma, stok idarəetməsi, supply chain və ya analitika sahəsində minimum 1 il iş təcrübəsi; Tələb olunan bilik və bacarıqlar: MS Excel – yüksək səviyyədə; Pivot Table, XLOOKUP/VLOOKUP, SUMIFS, INDEX-MATCH və digər analitik funksiyaları bilməsi; Power Query biliyi üstünlükdür; Power BI ilə işləmə bacarığı üstünlükdür; ERP sistemləri, xüsusilə SAP ilə iş təcrübəsi üstünlükdür; Böyük həcmli məlumatların analizi və hesabatların hazırlanması bacarığı; Forecasting və statistik analiz metodları haqqında baza bilikləri. Güclü analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı; Azərbaycan dili sərbəst, İngilis və Rus dili biliyi üstünlükdür. Son müraciət tarixi (mənbədə il göstərilmir): 30 Oct