Digər · avrora
Texnoloq
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 16.10.2026 · Son tarix göstərilməyib
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
E-poçtla müraciət: CV və müşayiət məktubunuzu hazırlayın, nəzərdən keçirin və göndərilməsini təsdiqləyin.
İş haqqında
Əsas vəzifə öhdəlikləri: Məhsul reseptinin hazırlanması və daimi nəzarətdə saxlanılması; Məhsulun keyfiyyətinə aid sənədlərin standarta uyğun şəkildə hazırlanması; Hazır məhsul göstəricilərinin standartlara uyğunluğunun yoxlanılması; İstehsal avadanlıqlarının təmizlik planının və reseptinin hazırlanması; Məhsul reseptindəki xammal miqdarının və sərfiyyatının nəzarətdə saxlanılması; Məhsulun laboratoriya nəticələrinin analiz edilməsi, dəyişikliklərin nəzarətdə saxlanılması: Laboratoriya nəticələrinə əsasən məhsul reseptinin yenilənməsi; Hazır məhsulun standartlar çərçivəsində olmasının nəzarətdə saxlanılması; İstehsal sahəsinin təmizliyinin nəzarətdə saxlanılması. Tələb olunan bilik və bacarıqlar: İstehsal prosesini bilməli; İçki istehsalı sahəsi üzrə texnoloji biliklər; Punktuallıq və detallara diqqət etmə qabiliyyəti; Analiz etmə qabiliyyəti Qərarvermə qabiliyyəti Ofis proqramları ilə işləmə bacarığı; Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Ali təhsil (Qida mühəndisliyi, Kimya sahəsində); İş təcrübəsi: Qazlı və qazsız içki sahəsi üzrə minimum 3 il iş təcrübəsi İçki istehsalı üzrə iş təcrübəsi üstünlükdür İş şərtlərimiz: İş qrafiki : Tam iş günü (5 gün); İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs); Servis şirkət tərəfindən təmin olunur; Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Təlim və inkişaf imkanları; Şirkət hesabına korporativ nömrə; Tibbi sığorta paketi; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texnoloq” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.