Bütün vakansiyalar

Digər · Glorri

İnfrastruktur Arxitekti

İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 16.10.2026 · Son tarix: 15.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Dövlət layihələri və təşəbbüsləri üzrə infrastruktur arxitekturasının qiymətləndirilməsi və istiqamətləndirilməsi; - Bulud, hibrid və on-premises mühitlər üçün vahid yanaşma və prinsiplərin formalaşdırılması; - Hökumət Buludunun təkmilləşdirilməsi üzrə təklif və həllərin hazırlanması; - Layihələrdə təqdim olunan infrastruktur dizaynlarının tələblərə uyğunluğunun qiymətləndirilməsi; - Yüksək əlçatanlıq və fəlakətdən bərpa yanaşmaları üzrə ümumi standartların hazırlanması; - Mərkəzi komponentlərin və platformaların infrastruktur arxitekturasının hazırlanması; - Monitorinq, loglama və müşahidəolunurluq üzrə minimum tələblərin müəyyənləşdirilməsi; - İnfrastruktur resurslarından səmərəli istifadə və əməliyyat xərclərinin optimallaşdırılması üzrə tövsiyələrin verilməsi; - Vendor lock-in risklərinin azaldılması üçün yanaşmaların hazırlanması; - İnfrastruktur uyğunluğu üzrə minimum tələblərin və yoxlama siyahılarının formalaşdırılması; - Texnoloji yeniliklərin izlənilməsi və infrastruktur/platforma radarının yenilənməsi; - Dövlət qurumlarına infrastruktur və platforma arxitekturası üzrə metodoloji və əməli dəstək göstərilməsi. - İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil; - İnfrastruktur, sistem və ya platforma arxitekturası sahəsində 5+ il iş təcrübəsi; - Bulud, hibrid və on-premises infrastrukturların layihələndirilməsi və idarə olunması üzrə təcrübə; - Virtualizasiya, konteynerizasiya və orkestrasiya texnologiyaları üzrə bilik və təcrübə; - Docker, Kubernetes və əlaqəli infrastruktur komponentləri üzrə praktik bilik; - Şəbəkə, təhlükəsizlik, yük balanslama, yüksək əlçatanlıq və fəlakətdən bərpa həlləri üzrə biliklər; - Monitorinq, loglama və observability alətləri ilə işləmə təcrübəsi; - Linux serverləri, avtomatlaşdırma və infrastrukturun kod kimi idarə olunması yanaşmaları üzrə biliklər; - Bulud platformaları üzrə biliklər üstünlükdür; - İnfrastruktur dizaynı, texniki sənədləşdirmə və yoxlama yanaşmaları üzrə təcrübə; - Vendor lock-in riskləri, miqyaslana bilmə və resurs optimallaşdırılması məsələləri üzrə anlayış; - Analitik düşüncə, problem həll etmə və sistemli yanaşma bacarığı; - Komanda ilə işləmə və müxtəlif maraqlı tərəflərlə koordinasiya qurmaq qabiliyyəti; - Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır); - Dövlət sektoru və ya iri miqyaslı infrastruktur layihələrində təcrübə üstünlükdür.