Mühəndislik və istehsalat · Glorri
Elektrik montyoru (Biləcəri)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 16.10.2026 · Son tarix: 19.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırmasını icra etmək; - Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının qurulması işini yerinə yetirmək; - Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsini yerinə yetirmək və sonluqların lehimlənərək istifadəyə yararlı vəziyyətə gətirmək; - Tələb olunan elektrik kabeli, naqil və s. elektrik cihazlarını, qurğuları quraşdırmaq; - Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun olaraq montaj və təmir işlərini yerinə yetirmək; - Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak etmək; - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək - Təhsil: müvafiq sahə üzrə peşə təhsili; Bilməlidir: - Əməyin mühafizəsi üzrə qaydaları və normaları; - Ətraf mühitin qorunması və təhlükəsiz texnikası üzrə normativ tələbləri; - Elektrik avadanlıqlarının təmiri üzrə çilingərlərin avadanlıqlar üzrə əsas məlumatları; - Elektrik məftillərinin hazırlanması, birləşdirilməsi, izolə edilməsi və lehimlənməsi yollar və üsulları; - Elektrotexniki və izolyasiya materiallarının əsas növləri, xüsusiyyətləri və təyinatını ilə bağlı bilgilər.