Logistika və nəqliyyat · Glorri
Təchizat Zənciri Meneceri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 16.10.2026 · Son tarix: 15.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Təchizatın planlaşdırılması və proqnozlaşdırılması - Şirkətin təchizat zənciri sisteminin fəaliyyətini təşkil etmək, idarə etmək və mütəmadi olaraq təkmilləşdirmək; - Satış, layihə və servis departamentlərinin tələbatına əsasən malların təchizatı üzrə qısa, orta və uzunmüddətli planlar hazırlamaq; - Təchizat müddətlərini (lead time) təhlil etmək və kritik mövqelər üzrə ehtiyat planları müəyyən etmək. Satınalma və təchizatçıların idarə edilməsi - Təchizatçıların və xidmət provayderlərinin axtarışı, qiymətləndirilməsi, seçilməsi və sistemə cəlb edilməsi (onboarding); - Təchizatçılarla qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması, sərfəli kommersiya şərtlərinin əldə edilməsi; - Satınalma sifarişlərinin (PO) yaradılması, təsdiqi və icrasının izlənməsi; - Çatdırılma müddətlərinə nəzarət; gecikmə və uyğunsuzluqlar zamanı eskalasiya və bərpa tədbirlərinin görülməsi; - Təchizatçıların fəaliyyətinin müəyyən edilmiş meyarlar üzrə mütəmadi qiymətləndirilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması; - Mal, iş və xidmətlərin satınalınması üzrə müqavilə layihələrinin və digər standart sənədlərin hazırlanmasında iştirak; - Təchizat müqavilələrinin şərtlərinin logistika və maliyyə riskləri baxımından təhlili. İdxal, gömrük və sənədləşmə - Malların gömrük rəsmiləşdirilməsi prosesinin təşkili və gömrük brokerləri ilə koordinasiya; - İdxal üçün müvafiq dövlət qurumlarından icazələrin — lisenziya, sertifikat, uyğunluq sənədləri və s. — alınmasının təmin edilməsi; - Nəqliyyat və yükdaşıma sənədlərinin (invoys, packing list, CMR, B/L, mənşə sertifikatı və s.) düzgün rəsmiləşdirilməsinə nəzarət; - Gömrük qanunvericiliyində dəyişikliklərin izlənməsi və şirkət proseslərinə vaxtında inteqrasiyası; - Sənəd dövriyyəsinin təşkili, arxivləşdirilməsi və auditə hazır vəziyyətdə saxlanması. Logistika və nəqliyyat - Beynəlxalq və daxili daşımaların təşkili, daşıyıcıların seçilməsi və onlarla iş şərtlərinin müəyyən edilməsi; - Optimal marşrut, nəqliyyat növü və Incoterms şərtlərinin seçilməsi ilə daşıma xərclərinin optimallaşdırılması; - Logistik proqnozların və planların hazırlanması; - Daşınma və saxlanma zamanı malların salamatlığına nəzarət; - Servis texniklərinə və quraşdırma briqadalarına ehtiyat hissələrinin sürətli və şəffaf çatdırılması üçün daxili logistika proseslərinin qurulması. Anbar və ehtiyatların idarə edilməsi - Anbar işinin təşkili, anbar əməliyyatlarına və işçilərin fəaliyyətinə nəzarət; - Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərinin standartlaşdırılması; - Ehtiyatların mütəmadi inventarizasiyasının aparılması, faktiki və uçot göstəriciləri arasında uyğunluğun təmin edilməsi; - Fasiləsiz təchizat üçün minimum və maksimum ehtiyat həddlərinin (min/max stock) müəyyən edilməsi; - Hərəkətsiz və ləng hərəkət edən ehtiyatların (slow-moving / dead stock) müəyyən edilməsi və azaldılması üzrə tədbirlərin görülməsi; - Saxlanma şərtlərinə və avadanlığın texniki qulluq tələblərinə riayət olunmasına nəzarət. Büdcə, xərclər və hesabatlıq - Təchizat zənciri fəaliyyəti üzrə illik büdcənin hazırlanması və onun icrasına nəzarət; - Satınalma və logistika xərclərinin təhlili, xərclərin azaldılması üzrə təkliflərin hazırlanması; - Rəhbərlik üçün mütəmadi analitik hesabatların hazırlanması və təqdim edilməsi. Risklərin idarə edilməsi və sığorta - Təchizat zəncirində risklərin (təchizatın kəsilməsi, gecikmə, qiymət dalğalanması, valyuta riski və s.) müəyyən edilməsi və azaldılması; - Avadanlıq, mal və materialların, həmçinin daşıyıcıların məsuliyyətinin sığortalanmasının təşkili; - Sığorta hadisələri zamanı sənədləşmə və tələblərin (claim) irəli sürülməsi prosesinin idarə olunması. Proseslərin təkmilləşdirilməsi - Satınalma sorğusundan malın qəbuluna qədər olan proseslərin sənədləşdirilməsi və optimallaşdırılması; - Təchizat zəncirinin səmərəliliyini artırmaq üçün təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və tətbiqi; - ERP sistemində təchizat modullarının düzgün istifadəsinin təmin edilməsi; - Proseslərdə dəyişikliklərin həyata keçirilməsi üçün əlaqəli şöbələrin və sahə işçilərinin təlimləndirilməsi. Təhsil və iş təcrübəsi - Ali təhsil — Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Beynəlxalq İqtisadi Münasibətlər, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə üstünlükdür; - İxtisas üzrə və ya əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi; - Texniki avadanlıq, tikinti və ya sənaye sahəsində təchizat təcrübəsi üstünlükdür. Peşəkar biliklər - Beynəlxalq və daxili daşımalar sahəsində qanunvericiliyin bilinməsi və beynəlxalq daşıyıcılarla iş təcrübəsi; - Gömrük qanunvericiliyinin bilinməsi və gömrük orqanları ilə praktiki iş təcrübəsi; - İcazə və lisenziyaların alınması prosesinin bilinməsi; - Nəqliyyat və yükdaşıma sənədlərinin rəsmiləşdirilməsi prosesinin bilinməsi; - Incoterms şərtlərinin bilinməsi; - Sənəd dövriyyəsinin əsaslarının bilinməsi; - Ehtiyatların idarə edilməsi metodikaları üzrə bilik. Texniki bacarıqlar - MS Office proqramları üzrə yüksək səviyyədə bilik - ERP sistemlərində iş təcrübəsi; - Analitik hesabatların hazırlanması bacarığı. Dil bilikləri - Azərbaycan dili — əla; - İngilis dili — peşəkar səviyyədə (yazılı və şifahi); - Rus dili — peşəkar səviyyədə (yazılı və şifahi); Şəxsi və peşəkar keyfiyyətlər - Analitik və sistemli təfəkkür; - Danışıqlar aparmaq və problemləri həll etmək bacarığı; - Planlaşdırma və prioritetləşdirmə bacarığı, eyni anda bir neçə prosesi idarə etmək qabiliyyəti; - Detallara diqqət və yüksək məsuliyyət hissi; - Müstəqil işləmə bacarığı, təşəbbüskarlıq və nəticəyönümlülük; - Komanda ilə səmərəli işləmə və şöbələrarası kommunikasiya bacarığı. Beynəlxalq sertifikatlar (üstünlükdür) Beynəlxalq sertifikatlardan hər hansı birinin olması namizədin əlavə üstünlüyü kimi qiymətləndiriləcək: