IT və texnologiya · Glorri
CRM analitika üzrə Bölmə Rəhbəri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Rəhbər (Lead)
Elan tarixi: 16.10.2026 · Son tarix: 15.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Məlumatların təhlili: Müştəri davranışlarını, alış-veriş vərdişlərini və həyat dövrünü (Customer Lifecycle) analiz etmək, əsaslı nəticələr çıxarmaq. - Seqmentasiya və hədəfləmə: Müştəri bazasını müxtəlif meyarlara görə seqmentlərə ayırmaq və marketinq komandasına hədəfli kampaniyalar üçün tövsiyələr vermək. - Kampaniya qiymətləndirilməsi: E-poçt, SMS, push-bildiriş və digər birbaşa marketinq kampaniyalarının effektivliyini (ROI, Conversion Rate, Retention/Churn) ölçmək və hesabatlar hazırlamaq. - Hesabatlılıq və idarəetmə panelləri (Dashboards): CRM üzrə əsas performans göstəricilərini (KPI) izləmək, rəhbərlik və maraqlı tərəflər üçün dövri hesabatları yaratmaq. - Məlumatların təmizliyi: CRM sistemindəki məlumatların düzgünlüyünü, bütövlüyünü və vaxtında yenilənməsini təmin etmək. - Hesabatlarının yaradılması: Kampaniyaların hesabatlarının yaradılması. İş qrafiki: 5 günlük , 09:00-18:00 Təhsil: Ali (Riyaziyyat, Statistika, İqtisadiyyat, Analitika, Kompüter Elmləri və ya əlaqədar sahələr üzrə) İş təcrübəsi: Marketinq analitikası, məlumatların təhlili və ya CRM sahəsində rəhbər vəzifədə minimum 3 il təcrübə.(Pərakəndə satış (Retail) və ya FMCG sektorunda iş təcrübəsinə üstünlük verilir.) Texniki bacarıqlar: Excel (qabaqcıl səviyyədə - düsturlar, pivot cədvəllər). Power BI, və ya digər vizualizasiya alətləri ilə işləmə bacarığı. Sistem bilikləri: Hər hansı CRM platforması (məsələn, Salesforce, Microsoft Dynamics, Hubspot və ya daxili CRM sistemləri) ilə tanışlıq. Analitik düşüncə: Böyük həcmdə məlumatı strukturlaşdırmaq və biznes qərarları üçün təkliflərə çevirmək bacarığı. Effektiv kommunikasiya bacarığı, qərarvermə və problem həll etmə bacarığı, planlaşdırma və prioritetlərin müəyyən edilməsi bacarığı