Digər · Glorri
Şəbəkələr üzrə baş mütəxəssis (Senior Network Admin)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Təcrübəli (Senior)
Elan tarixi: 16.10.2026 · Son tarix: 15.11.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak etmək - Qurulacaq şəbəkələrin fiziki və məntiqi topoloji sxemlərini hazırlayıb və yenilənməsinə nəzarət etmək - Yeni şəbəkə avadanlıqlarını, istifadəçi qurğularını şəbəkəyə təhlükəsiz əlavə etmək; - Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək - Aktiv və passiv şəbəkə avadanlıqlarının quraşdırılmasını, konfiqurasiyasını yerinə yetirmək; - Şəbəkə yükü və trafik optimizasiyasını təhlil edib və təkliflər vermək - Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin etmək; - Şəbəkə resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər vermək; - Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər gömək; - Əsas və əlavə internet bağlantılarının işlək, saz və təhlükəsiz vəziyyətdə olmasının davamlı monitorinqi, yaranmış nasazlıqların qısa müddətdə aradan qaldırılmasını icra etmək; - Kompüter şəbəkəsində baş verən nasazlıqların reaktiv həllindən proaktiv şəkildə planlı aradan qaldırılmasına çalışmaq; - Kompüter istifadəçilərinin şəbəkə xidmətlərindən məmnun qalmasına, fasiləsiz işləməsinə çalışmaq; - Şəbəkə infrastrukturunun xaotik vəziyyətdən irearxik, idarəolunan, təhlükəsiz və sabit vəziyyətə gətirilməsi istiqamətində tədbirlər görmək; - Site-to-Site, Point-to-Site tipli VPN şəbəkələrinin planlanması, təhlükəsiz yaradılması və müvafiq qaydada sənədləşdirilməsini həyata keçirmək; - Xidmət etdiyimiz VoİP sistemlərinin fasiləsiz, etibarlı, təhlükəsiz işləməsini təmin etmək; - Şəbəkə avadanlıqları və NGFW üzrə davamlı monitorinq aparmaq, müvafiq dövrü hesabatların hazırlanaraq idarə rəhbərinə elektron variantda təqdim etmək; - Mümkün olan bütün hallarda şəbəkədə mikroseqmentləşdirmə aparmaq, “Zero Trust”, “Defense-in-Depth”, “Layered Security” tələblərini, tövsiyələrini nəzərə almaq, şəbəkə təhlükəsizliyində ən yaxşı təcrübələrə əsaslanmaq və tətbiq etmək; - İT siyasəti, o cümlədən şəbəkə siyasəti ilə tanış olmaq, orada qeyd edilmiş tələb və tövsiyələrə qeyd-şərtsiz əməl etmək; - Ali Təhsil (müvafiq istiqamət üzrə); - Müvafiq sahədə 4-5 il iş təcrübəsi; - Şəbəkə avadanlıqlarının (Palo Alto, CİSCO, HP , Fortinet (Fortigate) və s. ) idarə olunması və sazlanması üzrə geniş nəzəri və praktik bacarıqlar; - Cisco, Juniper,HPE Aruba kimi şəbəkə cihazları ilə təcrübə; - Şəbəkə təhlükəsizliyi qaydaları və firewall ( Fortinet, Palo Alto) idarəetməsində təcrübə; - Şəbəkə monitorinqi üçün proqram təminatları ( SolarWinds, Nagios, Zabbix) ilə işləmə təcrübəsi; - Trafik Analizi və Problem Həlli: Wireshark və digər analiz alətləri ilə şəbəkə problemlərini aşkar etmək bacarığı; - Telekommunikasiya şəbəkələrinin quruluşu və arxitekturası haqda geniş nəzəri və praktiki biliklərin olması; - CCNP, NSE4 və PCNSE sertifikatları üzrə biliklərə sahib olmaq (sertifikat arzuolunandır).