Bütün vakansiyalar

Təhsil və təlim · Glorri

Təlim və təşkilati işlər üzrə mütəxəssis (Müvəqqəti / layihə əsaslı)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi39 Ziya Bünyadov, Baku, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 16.10.2026 · Son tarix: 15.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Təlim-tədris prosesinin təşkili üzrə inzibati və təşkilati işləri həyata keçirmək; - Təlimlərlə bağlı elanları hazırlamaq, məlumatlandırmanı təmin etmək və telefon danışıqlarını aparmaq; - Layihələr çərçivəsində onlayn və əyani görüşləri təşkil etmək; - Layihələr çərçivəsində daxil olan sənədlərin toplanması, çeşidlənməsi, sistemləşdirilməsi və arxivləşdirilməsini təmin etmək; - Şöbənin kargüzarlıq və daxili sənəd dövriyyəsi işlərini aparmaq; - Şöbəyə baxılmaq üçün göndərilən sənədlərə dair rəy və təkliflər hazırlamaq; - Şöbə müdirinin tapşırıqlarını və iş bölgüsünü vaxtında və keyfiyyətlə icra etmək; - Vətəndaş müraciətlərini qəbul etmək, cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək; - Agentliyə daxil olan müraciət və sorğulara “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə baxmaq, əsaslandırılmış cavablar hazırlamaq; - Aidiyyəti vətəndaşları və tərəfləri layihələr barədə operativ şəkildə məlumatlandırmaq. - Ali təhsil; - Müvafiq sahələr üzrə (kargüzarlıq, sənəd dövriyyəsi, təlim-tədris və ya layihələrin təşkili, vətəndaş müraciətləri ilə iş və s.) minimum 2 il iş təcrübəsi; - MS Word və MS Excel proqramlarını mükəmməl səviyyədə bilmək; - Elektron Sənəd Dövriyyəsi (ESD) sistemləri ilə işləmək bacarığı; - Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; - “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunları üzrə biliklər; - Yüksək təşkilatçılıq, operativlik və komandada əməkdaşlıq etmək qabiliyyəti;