Bütün vakansiyalar

Digər · kapital

Daxili kommunikasiya üzrə təcrübəçi

BirBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Başlanğıc (Junior)

Elan tarixi: 15.10.2026 · Son tarix: 19.10.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Daxili kommunikasiya sahəsində inkişaf etmək istəyən namizədlər üçün təcrübə imkanı təklif edilir. Vəzifə öhdəlikləri: Daxili kommunikasiya kanalları üçün xəbər, elan, e-mail və digər məlumatlandırıcı məzmunların hazırlanmasına dəstək göstərir. Hazırlanmış mətnlərin və vizual materialların korporativ üsluba uyğunluğunu yoxlayır. Daxili kommunikasiya materiallarının intranet, e-mail, MS Teams, ofis ekranları və digər kanallarda yerləşdirilməsinə dəstək verir. Struktur bölmələrindən daxil olan məlumat və materialların toplanmasında, sistemləşdirilməsində və dəqiqləşdirilməsində iştirak edir. Tədbirlər, kampaniyalar və əməkdaşların cəlb olunmasına yönəlmiş layihələrin kommunikasiya proseslərinə dəstək göstərir. Daxili tədbirlər zamanı təşkilati işlərdə, qeydiyyat və iştirakçı koordinasiyasında iştirak edir. Foto və video çəkilişlərin təşkili, materialların toplanması və arxivləşdirilməsinə kömək edir. Daxili kommunikasiya kanallarında yayımlanan məzmun üzrə baxış, iştirak və digər göstəricilərin toplanmasına dəstək verir. Əməkdaşların rəy və təkliflərinin toplanması üçün sorğuların hazırlanması və nəticələrin sistemləşdirilməsində iştirak edir. Kommunikasiya təqviminin, müraciətlərin və layihələr üzrə statusların yenilənməsinə kömək edir. Daxili kommunikasiya sahəsində trendləri və uğurlu təcrübələri araşdıraraq təkliflər hazırlayır. Funksiyanın fəaliyyəti ilə bağlı sənədlərin, hesabatların və təqdimatların hazırlanmasına dəstək göstərir. Korporativ məlumatların məxfiliyini və daxili kommunikasiya qaydalarını qoruyur. Funksiya rəhbəri tərəfindən verilən digər əlaqəli tapşırıqları yerinə yetirir. Tələblər: Marketinq, PR, kommunikasiya və digər uyğun humanitar istiqamətlər üzrə bakalavr pilləsinin 3-cü və ya 4-cü kursunda təhsil almaq; Azərbaycan və ingilis dillərində səlis, qrammatik cəhətdən düzgün yazı və şifahi ünsiyyət bacarığı; Mətnlərin hazırlanması, redaktəsi və kontent yaradılmasına maraq; Yerli və beynəlxalq layihə və tədbirlərdə təşkilatçılıq təcrübəsi üstünlükdür; MS Office proqramlarında işləmək bacarığı; Kreativ və təşəbbüskar yanaşma; Detallara diqqət, məsuliyyətlilik və işləri düzgün prioritetləşdirmək bacarığı; Komandada işləmək, effektiv ünsiyyət qurmaq və öyrənməyə açıq olmaq. Üstünlüklər: Bacarıqlarınızı inkişaf etdirin və Daxili kommunikasiya sahəsində istifadə olunan ən son alətlər ilə tanış olun; Böyük və güclü komanda ilə işləmək imkanı əldə edin; Biliklərinizin real iş mühitində necə tətbiq olunduğunu kəşf edin və fintex sənayesinin dinamik mühitinə dair anlayış qazanın.