Bütün vakansiyalar

IT və texnologiya · kapital

İT xidmətlərinin idarə edilməsi şöbəsində təcrübəçi

BirBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Başlanğıc (Junior)

Elan tarixi: 15.10.2026 · Son tarix: 26.10.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

İT xidmətlərinin idarə edilməsi sahəsində praktiki təcrübə qazanmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək istəyən, öyrənməyə həvəsli təcrübəçi axtarırıq. Vəzifə öhdəlikləri: İT komandaları ilə görüşlərin təşkilinə dəstək göstərmək və görüş qeydlərini hazırlamaq; Məlumatları toplamaq, sistemləşdirmək və reyestrləri yeniləmək; Hesabat və təqdimatların hazırlanmasına kömək etmək; Tapşırıqların icra statusunu izləmək; Risklərin idarə edilməsi prosesinə və risklərin azaldılması üzrə tədbirlərin icra statusunun izlənməsinə dəstək göstərmək; Prosedur və sənədlərin yenilənməsində iştirak etmək. Tələblər: İT, menecment, analitika və ya uyğun sahə üzrə son kurs tələbəsi və ya yeni məzun olmaq; Excel, Word və PowerPoint üzrə biliklər; İngilis və ya rus dillərindən ən azı birini bilmək - mütləq tələbdir; Məlumatlarla işləmək və onları təhlil etmək bacarığı; İT xidmətlərinin idarə edilməsi (ITSM) prosesləri haqqında ilkin anlayış; Ünsiyyət və komandada işləmək bacarığı; Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq. Üstünlüklər: İT xidmətlərinin idarə edilməsi sahəsində praktiki təcrübə qazanmaq imkanı; Peşəkar inkişaf və yeni biliklər əldə etmək imkanı; Təcrübəli mütəxəssislərlə işləmək və komanda mühitində öyrənmək imkanı.