Mühəndislik və istehsalat · Glorri
Keyfiyyətə nəzarət üzrə baş mühəndis (tikinti)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 12.10.2026 · Son tarix: 25.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu Baş Podratçının müvafiq əməkdaşından tələb etmək; - Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilini və həyata keçirilməsini Baş Podratçıdan tələb etmək; - İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək; - Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğuna nəzarət etmək; - İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq; - Açılmış uyğunsuzluq hesabatlarda düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək; - İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq - Düzəliş fəaliyyətlərinə nəzarət etmək; - Vaxtaşırı ərazidə istehsal prosesinə nəzarət etmək; - Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqinə nəzarət etmək; - Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi; - Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq. - Ali təhsil (müvafiq mühəndislik sahəsi üzrə); - Müvafiq sahə üzrə minimum 8 il iş təcrübəsi; - Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır; - Kompüter bilikləri: MS Office, Auto CAD