Bütün vakansiyalar

Digər · Glorri

Kopirayter

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi5 Haji Mammadov, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 15.10.2026 · Son tarix: 13.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Agentliyin rəsmi sosial media hesabları üçün operativ, informativ və hədəf auditoriyasına uyğun mətnlərin, elanların, maarifləndirici postların və kampaniya materiallarının hazırlanması və redaktəsi; - Təsdiq olunmuş kontent planına uyğun olaraq mütəmadi, aktual və korporativ standartlara cavab verən məzmunun formalaşdırılması; - Agentliyin kommunikasiya strategiyasına və korporativ üslubuna uyğun mətnlərin tərtib edilməsi; - Xəbər, press-reliz, rəsmi açıqlama, bəyanat və digər kommunikasiya materiallarının hazırlanmasında iştirak; - Foto və video materiallar üçün uyğun rəsmi başlıq, sloqan, təsvir və ssenarilərin (maarifləndirici çarxlar və s.) hazırlanması; - Sosial media trendlərinin, auditoriya rəylərinin və rəqəmsal kommunikasiya dinamikasının izlənilməsi, yeni kontent ideyalarının təklif olunması; - Azərbaycan dilində hazırlanan bütün mətnlərin qrammatik, leksik və üslubi baxımdan tam düzgünlüyünün təmin edilməsi; - Zərurət yarandıqda mətnlərin Azərbaycan, ingilis və rus dillərində hazırlanması, tərcüməsi və adaptasiyası. - Ali və ya orta ixtisas təhsili (Jurnalistika, Filologiya, İctimaiyyətlə əlaqələr, Hüquq, Humanitar və ya digər müvafiq sahələr üzrə təhsil arzuolunandır); - Müvafiq sahədə (kopirayter, jurnalist, redaktor və ya PR) ən azı 1 il iş təcrübəsi; - MS Office proqramları (Word, PowerPoint, Excel) və internet resursları ilə sərbəst işləmək bacarığı; - Azərbaycan dilində mükəmməl yazılı və şifahi nitq qabiliyyəti (Rus və ingilis dillərini bilmək üstünlükdür); - Səlis, rəsmi-işgüzar və yaradıcı yazı qabiliyyəti; - SMM və müasir rəqəmsal kommunikasiya prinsiplərini bilmək, müxtəlif auditoriyalar üçün eyni məzmunu fərqli formatlara uyğunlaşdırmaq bacarığı; - Məlumat toplamaq, araşdırma aparmaq, faktları və mənbələri dəqiq yoxlamaq bacarığı; - SEO üzrə baza biliklərinin olması ( üstünlükdür); - İcra olunmuş işlərdən/mətnlərdən ibarət portfolionun təqdim edilməsi (üstünlükdür); - Operativlik, məsuliyyətlilik, detallara diqqət, komandada işləmək və verilən tapşırıqları müəyyən olunmuş vaxt çərçivəsində dəqiq icra etmək bacarığı.