Digər · Glorri
Qida və içki üzrə menecer
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Rəhbər (Lead)
Elan tarixi: 15.10.2026 · Son tarix: 17.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə otelin tədbirlər planının icra edilməsini təmin etmək. İaşə şöbəsi üçün əməliyyatlara dair fərdi təlimatlarının hazırlanması və yenilənməsinə nəzarət etmək. Bölmələrarası müntəzəm hesabat görüşləri keçirmək və şöbələrarası iclas və görüşlərin effektiv və lazımi şəkildə keçirilməsini təmin etmək. Bütün əməkdaşların hər zaman qonaqlara Xidmət standarlarına uyğun xidmətlərin təqdim edilməsini təmin etmək Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin həll edilməsinə əmin olmaq İaşə şöbəsinin büdcə hədəflərinin həyata keçirilməsinə nəzarət etmək, eyni zamanda bir neçə tapşırığın görülməsi, həmçinin çevik planlaşdırmadan istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında birbaşa iştirak etmək Lazım gəldikdə, aidiyyəti olan şöbə müdirləri vasitəsilə fəaliyyət göstərərək, əsas icra göstəricilərinə əsasən xərcləri idarə etmək Maliyyə sənədlərinin SƏP-lərə uyğun saxlanılması, ödəniş qaydalarının idarə edilməsi ilə bağlı otelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək Xüsusi olaraq işlərin pik vaxtlarında bütün əməliyyatlara nəzarət etmək, zəruri sayıldıqda, müvafiq tənzimləmələrin həyata keçirilməsi üçün aidiyyəti olan şöbə rəhbərləri ilə birgə işləmək İaşə şöbəsi əməkdaşlarının otelin, habelə Xarici görünüş standartlarına uyğun olaraq müvafiq uniformanı geyinməsini və xarici görünüş, habelə gigiyena ilə bağlı ən yüksək standartları yerinə yetirməsini təmin etməklə, onların dəqiqliyi və xarici görünüşünə aid təlim keçirilməsinə nəzarət etmək Davamlı rəylər və aylıq iclaslar vasitəsilə şöbələrarası təlimçilərin inkişafına yardım göstərmək Bütün əməkdaşların əməkdaşlar üçün nəzərdə tutulmuş təlimatlar və qaydaları tam dərk etdiklərini və onlara riayət etdiklərini təmin etmək Əməkdaşların iş prosesləri, avadanlıqlardan təhlükəsiz istifadə edilməsi, eləcə də daxili nizam-intizam qaydaları barədə mütəmadi olaraq təlimatlandırılması - Ali təhsil (xüsusilə qida və içki xidməti, otelçilik və ya turizm sahəsində üstünlük təşkil edir). - Qida və içki idarəçiliyi və ya oxşar sahədə ən azı 5 il iş təcrübəsi (yüksək səviyyəli idarəetmə təcrübəsi vacibdir) - Dil bilikləri (ingilis- əla, rus-danışıq səviyyəsində) - İdarəçilik; - Təqdimat bacarığı; - Yaradıcı düşüncə; - Qənaətçilik; - Konflikt və problem həll etmə - İşçiləri motivasiya etdirmək