Digər · Glorri
Vaqon baxıcısı-təmirçisi (Saatlı)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 15.10.2026 · Son tarix: 03.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Gələn qatarların qarşılanması, göndəriləcək qatarların müşayiət edilməsi və hərəkət tərkiblərinə 12 nöqtədən baxış keçirməklə nasazlıqları aşkar etmək; - Vaqon və konteynerlərin texniki baxışı zamanı aşkar edilmiş nasazlıqların aradan qaldırılmasını təmin etmək; - Qəbul edilən hərəkət tərkiblərinin komplekləşdirilməsini, qovşaq və detalların yararlılığını ADY Smart proqramından və ya Web Portaldan istifadə etməklə faktiki uyğunluğunu yoxlamaq; - Açılmadan təmiri mümkün olmayan və ya dövrü təmir müddəti çatmış vaqonların təmirə açılmasını təmin etmək və təmirə açılan vaqonlara ADY Smart proqramında və ya kağız daşıyıcıda VU-23 formalı bildiriş tərtib etmək; - Alət və şablonların, siqnal vasitələrinin sazlığını yoxlamaq, nasazlıq aşkar edildikdə onların böyük vaqon baxıcısı-təmirçisinin köməyi ilə yararlılarla dəyişdirilməsini həyata keçirmək; - Bütün tiplərdən olan yük vaqonlarının təmiri üçün nəzərdə tutulan özüyeriyən maşınlara və ya mürəkkəb universal qurğulara texniki xidmətin göstərilməsi; - Qatarlarda avtotormozların təmirini və sınağını icra etmək. - Ümumi təhsil ; - Növbəli iş qrafikində fəaliyyət; - Vaqon və konteynerlərin quruluşu üzrə biliklər; - Vaqonlara texniki xidmətin yerinə yetirilməsi qaydaları üzrə biliklər. - Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq; - Məsuliyyətlilik, keyfiyyət yönümlülük, intizamlılıq.