Bütün vakansiyalar

IT və texnologiya · Glorri

Lead Software Engineer (Aparıcı mütəxəssis)

ATB Bank85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı 192/193, Azerbaijan
İş formatı:
Məlum deyil
Təcrübə:
Orta səviyyə

Elan tarixi: 15.10.2026 · Son tarix: 14.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Rəqəmsal Bankçılıq sistemlərinin inkişafı və dəstəklənməsi, onların stabil, təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi; - Biznes tələblərinə uyğun yeni funksionallıqların layihələndirilməsi və hazırlanması; - Sistemlərin layihələndirilməsində, arxitekturanın təkmilləşdirilməsində, texnologiya seçimində və texniki qərarların qəbulunda iştirak; - Bankın daxili sistemləri və xarici platformalarla inteqrasiyaların layihələndirilməsi və həyata keçirilməsi; - İstifadə ssenarisinə uyğun texnologiyanın seçilməsi ilə Java, Go və ya Python əsasında servislərin, inteqrasiyaların və avtomatlaşdırma həllərinin hazırlanması; - Funksionallıqların texniki layihələndirmədən hazırlanma, test, istehsal mühitinə yerləşdirmə və dəstəyə qədər bütün mərhələləri üzrə məsuliyyət daşınması; - Kod icmalının (code review) aparılması, kodun keyfiyyətinin, təhlükəsizliyinin və dəstəklənə bilməsinin təmin edilməsi; - Komanda üzvlərinə texniki dəstək göstərilməsi və mentorluq edilməsi; - Kritik insidentlərin, performans problemlərinin və istehsal mühitində yaranan nasazlıqların araşdırılması və aradan qaldırılması; - Tapşırıqların texniki qiymətləndirilməsində, planlaşdırılmasında və icrasının koordinasiyasında iştirak; - API spesifikasiyaları, sistem diaqramları və arxitektura qərarları daxil olmaqla texniki sənədləşmənin hazırlanması və yenilənməsi; - Məhsul menecerləri, biznes analitikləri, arxitektorlar, QA, DevOps və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq; - Şöbənin fəaliyyət istiqamətinə uyğun digər mühəndislik tapşırıqlarının yerinə yetirilməsi. - Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilir); - Proqram təminatının hazırlanması üzrə minimum 3 il müvafiq iş təcrübəsi; - OOP, SOLID, Clean Code və dizayn nümunələri (design patterns) üzrə dərin bilik və onları praktikada tətbiq etmək bacarığı; - Köhnə kodun (legacy code) təhlili və refaktorinq bacarığı; - Java 8+ və Spring ekosistemi (Spring Boot, Spring Data JPA, Spring Security, Spring Cloud) üzrə geniş praktiki təcrübə; Java 17+ biliyi üstünlükdür; - Go və ya Python üzrə praktiki biliklər (opsional); - Mikroservis arxitekturası və paylanmış sistemlərin layihələndirilməsi təcrübəsi (miqyaslanma, nasazlıqlara davamlılıq, təhlükəsizlik); - REST API, mesaj brokerləri (Kafka və ya RabbitMQ) və Redis ilə iş təcrübəsi; - Oracle və ya PostgreSQL üzrə güclü SQL bilikləri; - OAuth 2.0, JWT və OWASP təhlükəsiz proqramlaşdırma prinsipləri üzrə biliklər; - Git, CI/CD, Docker, Kubernetes və avtomatlaşdırılmış testlər üzrə təcrübə; - Güclü analitik düşüncə, komanda üzvlərinə mentorluq etmək və işin nəticəsinə görə məsuliyyət daşımaq bacarığı; - Üstünlük: bank, fintech və ya ödəniş sistemlərində təcrübə, ingilis və rus dili bilikləri.