IT və texnologiya · Glorri
Senior Software Engineer (Baş mütəxəssis)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Orta səviyyə
Elan tarixi: 15.10.2026 · Son tarix: 14.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Rəqəmsal Bankçılıq sistemlərini inkişaf etdirmək və dəstəkləmək, onların stabil, təhlükəsiz və etibarlı fəaliyyətini təmin etmək. - Biznes tələblərinə uyğun yeni funksionallıqları layihələndirmək və hazırlamaq. - Sistemlərin layihələndirilməsində, arxitekturanın təkmilləşdirilməsində, texnologiya seçimində və texniki qərarların qəbulunda iştirak etmək. - Bankın daxili sistemləri və xarici platformalarla inteqrasiyaları layihələndirmək və həyata keçirmək. - İstifadə ssenarisinə uyğun texnologiya seçərək Java, Go və ya Python ilə servislər, inteqrasiyalar və avtomatlaşdırma həlləri hazırlamaq. - Funksionallıqların texniki layihələndirmədən hazırlanma, test, istehsal mühitinə yerləşdirmə və dəstəyə qədər bütün mərhələləri üzrə məsuliyyət daşımaq. - Kod icmalları (code review) aparmaq, kodun keyfiyyətini, təhlükəsizliyini və dəstəklənə bilməsini təmin etmək. - Komanda üzvlərinə texniki dəstək göstərmək və mentorluq etmək. - Kritik insidentləri, performans problemlərini və istehsal mühitində yaranan nasazlıqları araşdırmaq və aradan qaldırmaq. - Tapşırıqların texniki qiymətləndirilməsində, planlaşdırılmasında və icrasının koordinasiyasında iştirak etmək. - API spesifikasiyaları, sistem diaqramları və arxitektura qərarları daxil olmaqla texniki sənədləşməni hazırlamaq və yeniləmək. - Məhsul menecerləri, biznes analitikləri, arxitektorlar, QA, DevOps və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq etmək. - Şöbənin fəaliyyət istiqamətinə uyğun digər mühəndislik tapşırıqlarını yerinə yetirmək. - Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilir); - Proqram təminatının hazırlanması üzrə minimum 5 il müvafiq iş təcrübəsi; - OOP, SOLID, Clean Code və dizayn nümunələri (design patterns) üzrə dərin bilik; - Java 8+ və Spring ekosistemi (Spring Boot, Spring Data JPA, Spring Security, Spring Cloud) üzrə geniş praktiki təcrübə; Go və ya Python üzrə biliklər; - Mikroservis arxitekturası və paylanmış sistemlərin layihələndirilməsi təcrübəsi (miqyaslanma, nasazlıqlara davamlılıq, təhlükəsizlik); - REST API, mesaj brokerləri (Kafka və ya RabbitMQ) və Redis ilə iş təcrübəsi; - Oracle və ya PostgreSQL üzrə güclü SQL bilikləri; - OAuth 2.0, JWT və OWASP təhlükəsiz proqramlaşdırma prinsipləri üzrə biliklər; - Git, CI/CD, Docker, Kubernetes və avtomatlaşdırılmış testlər üzrə təcrübə; - Güclü analitik düşüncə, komanda üzvlərinə mentorluq etmək və işin nəticəsinə görə məsuliyyət daşımaq bacarığı; - Üstünlük: bank, fintech və ya ödəniş sistemlərində təcrübə, ingilis və rus dili bilikləri.