Digər · Glorri
Usta (Beyləqan filialı)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Orta səviyyə
Elan tarixi: 15.10.2026 · Son tarix: 14.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq; - Maşın,mexanizm,aqreqat və qurğuların və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması; - Maşın,mexanizm,aqreqat və qurğulara təyin olunmuş dövriliklə texniki baxış keçirmək; - Kənd təsərrüfatı texnikalarının və digər aqreqatların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin edilməsi; - Gündəlik olaraq istismar olunan maşın,mexanizm,aqreqat və qurğuların yoxlanılması və lazımi təmir işlərinin icra edilməsi; - Təmir işlərinin ardıcıllığını planlaşdırmaq; - Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq; - İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək; - Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; - İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək; - İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq; - Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək; - Mexaniki komponentlər və ya hissələri saz vəziyyətdə saxlamaq və/və ya təmir etmək: - Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirmək; - Tələb olunan spesifikasiyaya uyğun olaraq istismar qaydaları kitabçasında göstərilən qaydada komponentləri və ya hissələri saxlamaq, təmir etmək və ya dəyişmək; - Maşın,mexanizm,aqreqat və qurğuların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq; - İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək; - Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək; - Bütün daxili prosedur,təlimat və qaydala riayət etmək; - Tələb olunan kimi digər vəzifələri yerinə yetirmək; - Çilingər işləri üçün lazım olan bütün alətlərdən yalnız saz vəziyyətdə istifadə olunması; - Sexdə alətlərin saxlanılması,qəbulu və verilməsi qaydaları üzərində ciddi nəzarətin qoyulması; - Təmir zamanı texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması. Təhsil : Orta,orta ixtisas Təcrübə : 1 il Texniki biliklər: - Çilingər işinə aid texniki sənədləri, normativləri və yuxarı təşkilatların sərəncamlarını bilmək. - İxtisas dərəcələrinə aid tələbləri bilmək. - Komanda daxilində işləmək , komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq və gərgin iş şəraitində işləmək bacarıqlarına malik olmaq;