Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Aparıcı mühəndis-konstruktor ( bərpa işləri üzrə)

PMD Projects MMCBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 15.10.2026 · Son tarix: 14.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Layihələrin ilkin mərhələsində mövcud tikilinin konstruktiv vəziyyətini araşdırmaq, təhlil etmək və ilkin konstruktiv yanaşmanın formalaşdırılmasında iştirak etmək; - Bərpa və konservasiya layihələrində mövcud konstruksiyaların vəziyyətini, istifadə olunan materialları və konstruktiv xüsusiyyətləri araşdırmaq və layihələndirmədə nəzərə almaq; - Mövcud konstruktiv elementlərin qorunması, bərpası, təmiri, gücləndirilməsi və zəruri hallarda yenidən qurulması üzrə konstruktiv həllərin hazırlanmasında iştirak etmək; - Hazırlanmış konstruktiv və bərpa həllərinin mövcud tikilinin xüsusiyyətlərinə, normativ tələblərə və layihə prinsiplərinə uyğunluğunu yoxlamaq; - Layihələndirmə məlumatlarını qəbul etmək və təhlil etmək, konstruktiv məsələlər üzrə rəhbərliyə müvafiq tövsiyə və hesabatlar təqdim etmək; - Konstruktiv layihə sənədlərinin Azərbaycan Respublikası qanunvericiliyinə, tikinti norma və standartlarına və layihə üzrə müəyyən edilmiş beynəlxalq standartlara uyğun hazırlanmasını təmin etmək; - Layihə rəhbəri, memarlar, mühəndislər, layihəçi təşkilatlar, məsləhətçilər və podratçılarla konstruktiv məsələlər üzrə koordinasiyalı fəaliyyət göstərmək; - Layihələndirmə müddətlərinin və iş qrafikinin konstruktiv iş həcmlərinə uyğunluğunu yoxlamaq və müvafiq təkliflər vermək; - Layihənin tender prosesinə texniki dəstək göstərmək, konstruktiv spesifikasiyaları və iş həcmlərini yoxlamaq və texniki rəy vermək; - Bərpa və gücləndirmə işlərində istifadə olunacaq material, nümunə və texniki həlləri konstruktiv baxımdan nəzərdən keçirmək və rəy vermək; - Tikinti mərhələsində aşkar olunan konstruktiv problemləri və əvvəlcədən müəyyən edilməmiş şəraiti təhlil etmək, müvafiq həllərin hazırlanmasını koordinasiya etmək; - Tikinti və təhvil-təslim proseslərində iştirak etmək, görülmüş konstruktiv işlərin layihə və normativ tələblərə uyğunluğunu yoxlamaq; - Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq və konstruktiv həllərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq; - Konstruktiv layihə sənədlərinin hazırlanması, yoxlanılması, təsdiqi, paylanması və arxivləşdirilməsinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini təmin etmək. - Ali təhsil: İnşaat mühəndisliyi / konstruksiya ixtisası üzrə; - İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi, o cümlədən mövcud və tarixi tikililərin bərpası, konservasiyası və konstruktiv gücləndirilməsi layihələri üzrə praktiki iş təcrübəsi; - Tarixi və mövcud binaların konstruktiv sistemlərinin qiymətləndirilməsi, bərpası, konservasiyası və gücləndirilməsi prinsipləri üzrə bilik və praktiki təcrübə; - Tarixi tikililərdə istifadə olunan daş, kərpic, ağac, metal, beton və dəmir-beton konstruksiyaların xüsusiyyətləri, tikinti üsulları, konstruktiv elementləri və onların bərpa və gücləndirmə metodları barədə biliklər; - Mövcud tikililərin texniki və konstruktiv vəziyyətinin qiymətləndirilməsi, zədələnmiş və qorunmalı konstruktiv elementlərin müəyyən edilməsi, çatların, deformasiyaların və digər qüsurların təhlili üzrə təcrübə; - Mövcud konstruksiyaların daşıma qabiliyyətinin qiymətləndirilməsi, konstruktiv hesablamaların aparılması və zəruri hallarda bərpa, təmir və gücləndirmə həllərinin hazırlanması üzrə praktiki təcrübə; - Tarixi konstruksiyaların ilkin memarlıq və konstruktiv xüsusiyyətlərinin qorunması şərtilə müasir konstruktiv həllərin hazırlanması və mövcud sistemlərlə uyğunlaşdırılması üzrə biliklər; - Bərpa və konservasiya layihələrinin konstruktiv hissəsinin hazırlanması, konstruktiv çertyojların, hesabatların, texniki rəylərin və işçi sənədlərin hazırlanması və tikinti mərhələsində tətbiqi üzrə təcrübə; - Tarixi və mövcud tikililərdə konstruktiv elementlərin bərpası və gücləndirilməsi üçün uyğun material və texnologiyaların seçilməsi üzrə biliklər; - Tikinti normativ sənədləri barədə biliklər: AzDTN, SNİP, SP, Eurocode və layihəyə tətbiq olunan digər müvafiq standartlar; - Konstruktiv hesablamalar və modelləşdirmə proqramları üzrə biliklər: ETABS, SAP2000, LIRA-SAPR, AutoCAD və digər müvafiq proqramlar; - Bərpa və konservasiya layihələrində memar, restavrator, geoloq, podratçı və digər mütəxəssislərlə koordinasiyalı işləmək bacarığı; - Mövcud tikililərin yerində texniki baxışlarının keçirilməsi, ölçülərin və konstruktiv vəziyyətin sənədləşdirilməsi, texniki hesabat və rəy hazırlanması üzrə təcrübə; - Yüksək ünsiyyət, koordinasiya və komandada işləmək bacarığı, detallara diqqət və daim peşəkar inkişafa yönümlü olmaq.