Bütün vakansiyalar

Satış və marketinq · ABB

Məhsul marketinqi ekspert mərkəzinə mütəxəssis / aparıcı mütəxəssis

ABBAzerbaijan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 13.10.2026 · Son tarix: 13.11.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Görəcəyiniz işlər: • Bankın məhsul və xidmətləri üzrə marketinq kommunikasiya planlarının hazırlanması və icrasında iştirak etmək; • Təyin edildiyi sahə üzrə bank məhsullarının (kart, kredit, kampaniyalar, biznes və s.) rəqəmsal kanallar (Google Ads, sosial media reklamları, programmatic reklamlar, e-mail marketinq kanalları) vasitəsilə bank brendinin və məhsullarının potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək; • Ənənəvi kanallar üzrə marketinq layihələrinin koordinasiyasında iştirak etmək; • Kampaniya və kommunikasiya fəaliyyətlərinin biznes məqsədləri, məhsul strategiyası və hədəf auditoriya ehtiyacları ilə uyğunluğunu izləmək; • Kampaniya nəticələrini analitik göstəricilər əsasında izləmək, hesabatlar hazırlamaq və nəticələrə uyğun optimizasiya tədbirləri həyata keçirmək; • Məhsul təqdimatları, kampaniyalar və digər marketinq təşəbbüsləri üçün kreativ konseptlərin, kontent istiqamətlərinin və kommunikasiya mesajlarının hazırlanmasını koordinasiya etmək; • Dizayn, kontent, SMM, media, məhsul və satış komandaları ilə işləyərək kampaniyaların vaxtında və keyfiyyətli icrasını təmin etmək; • Bankın məhsul səhifələrinin aktuallığını izləmək, kontentin hazırlanması və yenilənməsi prosesinə ümumi nəzarət etmək; • Marketinq trendlərini və yeni rəqəmsal alətləri izləmək, onların tətbiqi ilə bağlı təkliflər hazırlamaq. Bizim üçün uyğun namizəd: • Ali təhsilə sahib olan (iqtisadiyyat, marketinq, biznesin təşkili, reklam və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır, yüksək akademik göstəricilər üstünlükdür); • Azərbaycan və ingilis dillərində mükəmməl danışıq və yazı bacarıqlarına sahib olan; • Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsinə sahib olan; • Google Ads, Meta Business, Google Analytics və digər rəqəmsal platformalarla sərbəst işləmə, reklam kampaniyalarının planlaşdırılması, idarə edilməsi, A/B testlərinin aparılması və optimallaşdırılması bacarığına sahib olan; • Google Tag Manager üzrə fundamental biliklərə sahib olan; • WordPress, Strapi və digər CMS-lərlə işləmə bacarığına sahib olan; • AI alətləri, ofis proqramları və analitik hesabatlılıq alətləri ilə sərbəst işləmə bacarığına sahib olan; • Ünsiyyət və təqdimat bacarıqlarına sahib olan; • Analitik düşünmə və kampaniya nəticələrini şərh etmə bacarığına sahib olan; • Ünsiyyət, təqdimat və komanda ilə işləmə bacarıqlarına sahib olan; • Strateji düşünmə, problem həll etmə və prioritetləşdirmə bacarığına sahib olan; • Kreativ yanaşmanı məhsul və biznes məqsədləri ilə əlaqələndirə bilən şəxsdir.