Bütün vakansiyalar

Maliyyə və mühasibat · ABB

Xəzinə bölməsi üzrə kiçik mütəxəssis- Salyan

ABBAzerbaijan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 14.10.2026 · Son tarix: 14.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Görəcəyiniz işlər: Filial müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil etmək; Gün ərzində xəzinə üzrə mədaxil - məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət etmək; Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən, o cümlədən, əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət etmək; Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxmaq; Bankın ona verdiyi əsas vəsaitlərdən: komputer, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılması haqda şəxsi məsuliyyət daşımaqdır. Bizim üçün uyğun namizəd: Ali iqtisadi təhsilə; Komandada işləmək bacarığına; Analitik zəka, müştərilərlə işləmək qabiliyyətinə; Riyazi hesablama aparmaq qabiliyyətinə; Məsuliyyətlilik, işdə dəqiqlik, detallara fikir vermək bacarığına sahib olan şəxsdir.