Digər · Glorri
İnformasiya təhlükəsizliyinin tədrisi üzrə Mentor (Red Team)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Başlanğıc (Junior)
Elan tarixi: 14.10.2026 · Son tarix: 13.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Müəllimlər və tələbələr arasında effektiv ünsiyyətin təmin edilməsi məqsədilə əlaqələndirici şəxs kimi çıxış etmək; - Kursla bağlı yeniləmələri, elanlar və gözləntilərin aydın və vaxtında çatdırılmasını təmin edərək müəllimlər və tələbələr arasında əsas əlaqə nöqtəsi kimi çıxış etmək; - Müəllimlərə tələbələrin unikal ehtiyaclarını və problemlərini anlamaqda dəstək göstərmək, onlara tələbələrin iştirakının təmin edilməsi və dərsin anlaşıqlığının maksimum dərəcədə artırılması üçün öz tədris yanaşmalarını uyğunlaşdırmağa dəstək göstərmək; - Fəal öyrənməni təşviq etməklə, müzakirələri asanlaşdırmaqla və tələbə sorğularını və narahatlıqlarını həll etməklə tələbələrin dərslərdə aktiv iştirakını təmin etmək; - Tələbələrin tədris prosesində inkişafını izləmək, dərslərdə çətinlik çəkən tələbələri müəyyən edərək lazımi dəstək və resurslarla təmin etmək; - Müəllimlər və tələbələrdən alınan rəylər əsasında kursun strukturunun, məzmununun və tədris metodologiyasının təkmilləşdirilməsi üçün təkliflər vermək; - Tələbələrin real ssenarilər əsasında bacarıqlarını inkişaf etdirmək üçün Red Team praktiki tapşırıqların və simulyasiyaların həyata keçirilməsində yaranan sualların cavablandırılması; - Tələbələrə hücumçu (offensive) təhlükəsizlik texnikalarında real təcrübə ilə təmin etmək məqsədilə nüfuzetmə test laboratoriyalarının qurulmasında və testlərin keçirilməsində kömək etmək; - Red Team əməliyyatlarında istifadə olunan kibertəhlükəsizlik alətləri və texnologiyalarından, məsələn, nüfuzetmə testi çərçivələri və zəiflik skanerləri kimi alətlərdən istifadə zamanı yaranan çətinliklərlə bağlı tələbələrə kömək etmək; - Müəllimlərin lazımi tədris resursları ilə və tələbələrin dərs materialları ilə təmin olunması üçün kurs administratorları ilə əməkdaşlıq etmək; - Davamlı inkişafın təmin edilməsi məqsədilə müəllimlərin performansının və tələbələrin nəticələrinin qiymətləndirilməsi prosesində iştirak etmək; - Müəllimlər, tələbələr və inzibati heyət arasında düzgün koordinasiyanın qurulması məqsədilə kurs koordinatoru və digər mentorlarla sıx əməkdaşlıq etmək. - Red Team əməliyyatları, nüfuzetmə testi və hücumçu (offensive) təhlükəsizlik texnikalarına diqqət yetirməklə kibertəhlükəsizlik sahəsində geniş bilik və təcrübə; - Tədris, treyninq və ya mentorluq üzrə təcrübə,; - Müəllimlər və tələbələr arasında effektiv qarşılıqlı əlaqənin təmin edilməsi üçün yüksək səviyyədə kommunikasiya bacarıqlarına malik olmaq; - Red Team əməliyyatlarında istifadə olunan kibertəhlükəsizlik alətləri, texnikaları və metodologiyaları haqqında biliklərə sahib olmaq; - Müxtəlif bilik və bacarıq səviyyələrinə malik tələbələrə səbrlə yanaşmaq; - Müəllimlər və tələbələr arasında qarşılıqlı əlaqənin, vaxt cədvəllərinin və kursla bağlı fəaliyyətin effektiv idarə olunması məqsədilə yüksək səviyyədə təşkilati bacarıqlara malik olmaq; - Müəllimlər, tələbələr və inzibati heyətlə əməkdaşlıq bacarığı; - Kursun məzmununun zənginləşdirilməsi məqsədilə ən son kibertəhlükəsizlik trendləri və yeniliklər barədə araşdırmağa meylli olmaq.