Bütün vakansiyalar

Digər · Glorri

Aparıcı memar ( bərpa işləri üzrə )

PMD Projects MMCNeftçilər Prospekti, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 14.10.2026 · Son tarix: 13.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Layihələrin ilkin mərhələlərində araşdırmalar aparmaq, sahəni və mövcud tikilini təhlil etmək, ilkin memarlıq yanaşmasının formalaşdırılmasını təmin etmək; - Bərpa və konservasiya layihələri üzrə mövcud tikilinin tarixi inkişafını, memarlıq xüsusiyyətlərini, mövcud vəziyyətini, material və elementlərini araşdırmaq və layihələndirmə prosesində nəzərə almaq; - Mövcud memarlıq elementlərinin qorunması, bərpası, konservasiyası, dəyişdirilməsi və ya yenidən qurulması üzrə həllərin hazırlanmasında iştirak etmək və müvafiq təkliflər vermək; - ·Bərpa və konservasiya həllərinin mövcud binanın memarlıq xüsusiyyətlərinə, tətbiq olunan materiallara, texnologiyalara və layihə tələblərinə uyğunluğunu yoxlamaq; - Layihələndirmə məlumatlarını qəbul etmək və təhlil etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək; - Layihələndirmə məlumatlarını estetik, funksional və texniki tələblərə, mövcud tikilinin xüsusiyyətlərinə və ətraf mühitə uyğunluğu baxımından yoxlamaq və layihəçiləri müvafiq tələblərə istiqamətləndirmək; - Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də layihə üzrə müəyyən edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; - Bərpa və konservasiya üzrə tətbiq olunan müvafiq normativ tələblərin və layihə prinsiplərinin layihə sənədlərində nəzərə alınmasını təmin etmək; - Layihə rəhbərinin komandasının üzvü kimi layihəyə cəlb edilmiş memarlar, mühəndislər, layihəçi təşkilatlar, məsləhətçilər, bərpa və konservasiya üzrə mütəxəssislər və digər maraqlı tərəflərlə koordinasiyalı fəaliyyət göstərmək; - Layihələndirmə müddətləri üzrə müvafiq tövsiyələr vermək və İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq; - Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayaraq müvafiq texniki rəy vermək; - Bərpa və konservasiya işlərində istifadə olunması nəzərdə tutulan material, nümunə və texniki həlləri memarlıq tələbləri baxımından nəzərdən keçirmək və rəy vermək; - Tikinti mərhələsində mövcud vəziyyət və ya əvvəlcədən müəyyən edilməmiş şərait nəticəsində yaranan memarlıq məsələlərini təhlil etmək və müvafiq həllərin hazırlanmasını koordinasiya etmək; - İstehsalatın müvafiq sınaq və yoxlamalarında, eləcə də tikintinin təhvil-təslim prosesində iştirak etmək, - Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərin optimallaşdırılması üçün təkliflər vermək; - Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi və arxivləşdirilməsinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini təmin etmək. - Ali təhsil: Memarlıq ixtisası üzrə; - İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il (tikinti və ofis) iş təcrübəsi, o cümlədən bərpa və konservasiya layihələri üzrə praktiki iş təcrübəsi; - Tarixi və mövcud binaların bərpası, konservasiyası və adaptasiyası prinsipləri üzrə bilik və praktiki təcrübə; - Tarixi tikililərdə istifadə olunan materiallar, tikinti üsulları, memarlıq elementləri və onların bərpa metodları barədə biliklər; - Mövcud tikililərin vəziyyətinin təhlili, qorunmalı elementlərin müəyyən edilməsi və uyğun bərpa həllərinin hazırlanması üzrə təcrübə; - Bərpa və konservasiya layihələrinin sənədləşdirilməsi və tikinti mərhələsində tətbiqi üzrə təcrübə; - Tikinti normativ sənədləri barədə biliklər: AzDTN, SNİP, NFPA və layihəyə tətbiq olunan digər müvafiq standartlar; - Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı; - Kompüter bilikləri: MS Office, AutoCAD; - Yüksək ünsiyyət, koordinasiya və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq .