Bütün vakansiyalar

Digər · Glorri

Əmək haqqı üzrə aparıcı mütəxəssis

Giltex MMC2 Sülh küçəsi, Sumqayıt 5004, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 14.10.2026 · Son tarix: 14.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- İşçilərin əməkhaqqı, əlavə ödənişləri və mükafatların hesablanması; - Əmək müqavilələri, vəzifə maaşları, iş qrafiki və digər müvafiq məlumatlar əsasında əməkhaqqı hesablamalarının aparılması; - İş vaxtının uçotu, tabel məlumatları və məzuniyyət günlərinin yoxlanılması; - Məzuniyyət, ezamiyyət, xəstəlik, işdən çıxma və digər ödənişlərin hesablanması; - Əməkhaqqıdan tutulmalı vergilər, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanması və uçota alınması; - Əməkhaqqı üzrə mühasibat yazılışların aparılması; - İşçilər üzrə əməkhaqqı hesablaşmalarının və müvafig arayışların hazırlanması; - Əməkhaqqının bank vasitəsilə ödənilməsi üçün ödəniş sənədlərinin hazırlanması; - İşçilərin əməkhaqqı məlumatlarının mühasibat proqramına daxil edilməsi və məlumatların düzgünlüyünün yoxlanılması; - Əməkhaqqı üzrə vergi və sosial hesabatların hazırlamasında iştirak edilməsi və tələb olunan məlumatların təqdim edilməsi; - İşə qəbul, vəzifə dəyişikliyi, əmək haqqının dəyişdirilməsi və işdən azad edilmə ilə bağlı müvafiq hesablamaların aparılması; - Məhkəmə qərarları əsasında əməkhaqqıdan tutulmalı borcların hesablanması, tutulması və ödənişin təmin edilməsi; - Audit və yoxlamalar zamanı əməkhaqqı üzrə tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi; - Əmək qanunvericiliyi və vergi qaydalarında əmək haqqı ilə bağlı dəyişikliklərin izlənilməsi və hesablamalarda tətbiq edilməsi; - Vahid bəyannamənin hazırlanması və təqdim edilməsində iştirak edilməsi; - Payrol məlumatlarının düzgünlüyünün mütəmadi yoxlanılması və yaranan uyğunsuzluqların aradan qaldırılması; - Əməkhaqqı üzrə digər hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. - Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil; - Payroll, əmək haqqı hesablamaları və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi; - Əmək haqqı hesablamaları və payroll proseslərinin idarə olunması üzrə praktiki təcrübə; - Əmək qanunvericiliyi, vergi hesablamaları, DSMF/sosial sığorta üzrə dərin biliklər; - MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı; - Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı; - Böyük həcmdə məlumatlarla işləmək və məlumatların düzgünlüyünü yoxlamaq bacarığı; - Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı; - Azərbaycan dilini ana dili səviyyəsində bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür.